Bu gün:

2020-ci ildə təyyarə qəzalarında ölənlərin sayı əvvəlki illə müqayisədə artıb


Koronavirus epidemiyasına baxmayaraq, 2020-ci il üçün məlumatlar təyyarə qəzalarında daha çox insanın həyatını itirdiyini ortaya qoydu.

Hollandiyanın To70 konsaltinq şirkəti keçən il aviasiya qəzalarında 299 nəfərin öldüyünü açıqlayıb. 2019-cu ildə bu rəqəm 257 olub.

Hava trafikini izləyən Flightradar 24 veb-saytı Covid-19 epidemiyası səbəbindən uçuşların sayının 42 faiz azaldığını qeyd edir.

To70 tərəfindən yayımlanan açıqlamaya görə, böyük təyyarə qəzalarının qiymətləndirilməsinə qeyri-qanuni müdaxilə nəticəsində baş verən aviasiya fəlakətləri də əlavə edilib. İran silahlı qüvvələri tərəfindən raketlə səhv salaraq vurulan Ukrayna Hava Yollarına məxsus təyyarə də nəzərə alınıb.

176 nəfərin həyatını itirdiyi bu hadisədən sonra İran bir müddət məsuliyyəti üzərinə götürməkdən imtina edib.

Lakin məsuliyyəti öz üzərinə götürdükdən sonra həlak olanların ailələrinə 150 min dollar ödəniləcəyi açıqlanıb.

2020-ci il məlumatları arasında Pakistanın Kəraçi şəhərində 86 nəfərin öldüyü təyyarə qəzası da diqqət çəkir. 2017-ci il ən təhlükəsiz il olub. 

Ölənlərin sayı çox olsa da, 2020-ci ildə qəzaların sayı azalıb.

2019-cu ildə 86 təyyarə qəzası olduğu halda, 2020-ci ildə 40 qəza baş verib.

2020-ci ilin məlumatlarına Pegasus Hava Yollarının Sabiha Gökçen Hava Limanına eniş edərkən yaşadığı və 3 nəfərin həyatını itirdiyi qəza daxildir.

2017-ci il rekordlar başlayandan bəri qlobal aviasiya sənayesinin ən təhlükəsiz ili olub. Həmin il ölümlə nəticələnən sərnişin təyyarəsi qəzası baş verməyib.


Mənbə: bbc.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et