Bu gün:

Kosmetik məhsullarda heyvan qaynaqlarının istifadəsi


Makiyaj və dəriyə qulluq vasitələrində nə olduğunu bilirikmi? Heyvanların klassik qırmızı dodaq boyalarının, yaşlanma əleyhinə kremlərin və parlaq dırnaq laklarının istehsalında istifadə oluna biləcəyini heç düşünmüsünüzmü? Kosmetik məhsulların istehsalında əzilmiş həşəratlar, köpək balığının qaraciyəri yağı, balıq pulcuqları və insanın ağlına gəlməyən digər heyvan mənşəli məhsullar istifadə olunur.

Heyvan mənşəli məhsullar tez-tez "təbii yolla istehsal olunur" və ya "heyvanlara zərər vermədən istehsal olunur" kimi bazara çıxarılsa və kosmetik məhsullara daxil edilsə də, heyvanı tutmadan və ya zərər vermədən bədən hissələrini istifadə etmək mümkün deyil. Heyvan mənşəli məhsullar, ümumiyyətlə, yumşaldıcılar, emulqatorlar, yapışdırıcılar, rəngləndiricilər, qatılaşdırıcılar və konsistensiya tənzimləyiciləri kimi səbəblərə görə kosmetik məhsullara əlavə edilə bilər. Ucuz xammal sayılması və asanlıqla əldə oluna bilməsi kimi səbəblərdən məhsulların tərkibinə heyvan bədən hissələri və ya bədən ifrazatları əlavə edilə bilər. Bununla belə, tələb olunan məhsulları istehsal etmək üçün məhsulların keyfiyyətinə və performansına xələl gətirmədən, tərkibində heyvan vəhşiliyi olan maddələrə ehtiyac olmadan istehsal olunan tamamilə bitki mənşəli və ya sintetik alternativlər də var. Bir sözlə, vegan məhsullar istehsal etmək mümkündür. 


Mənbə: otamakirkpinar.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et