Bu gün:

Nadir ağac növləri


Baobab

 Baobab — Vikipediya


Bu ağac, ümumiyyətlə, Afrika və Asiyada böyüyür. Gövdəsi qalın olan bu ağacdan həbsxana kimi istifadə edən tayfalar olub.  İndi bəzi yerlərdə gövdəsi çox geniş olan baobab ağaclarının içindən kafe kimi istifadə olunur.


Əjdaha ağacı

Əjdaha qanı ağacı — Vikipediya

 
Adətən İspaniyanın Kanar adasında olur. Dünyada bu ağaclardan o qədər azdır ki, bütün dünyada toplasanız, 40 ədəd olardı. Əjdaha ağacının ən maraqlı xüsusiyyəti təkcə onun azlığı deyil. Hündürlüyü 10 metr, diametri 1 metr olan bu ağacın gövdəsi yaralananda qırmızı maye qan kimi axır. Buna görə də bu ağac turistlərin ən çox ziyarət etdiyi ağaclardan biridir. Əslində bu ağac tək ağaca bənzəmir. Amerikada 108 dekar əraziyə yayılmış bütün ağacların kökləri yalnız bu ağacdan asılıdır. Buna görə də ən böyük canlı orqanizm kimi tanınır.                            


Göy qurşağı ağacı
             

Göyqurşağı Evkalipt ağacı - Uşaq Bilik Portalı

Şimal yarımkürəsində görünən bu ağaclar çox qəribədir. Çünki, onların göy qurşağı kimi müxtəlif rəngləri var. İlin müxtəlif vaxtlarında onun müxtəlif təbəqələri quruyub tökülür və altından yeni yaşıl təbəqə yaranır. Bu yeni təbəqə hava ilə təmasda olduqda, bənövşəyi, sarı, yaşıl və mavi kimi müxtəlif rənglərə çevrilir.


Mənbə: fikriyat
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et