Bu gün:

Dünyanın ən çirkin balığı


Bir maye gel kimi görünən bu balıq həm də Çirkin Heyvanları Qoruma Dərnəyinin maskotu olacaq. 

Hər kəsin iştirak edə biləcəyi səsverməyə dəstək verən komediyaçılar təbliğat aparmaq üçün heyvan seçib və seçki kampaniyası videolarını YouTube-a yükləyiblər. Nyukaslda keçirilən Britaniya Elm Festivalında açıqlanan nəticələrə görə, damla balığı 10 min səs toplayaraq 'dünyanın ən çirkin heyvanı' adını qazanıb. Çirkin Heyvanların Rifahı Cəmiyyətindən bioloq və televiziya aparıcısı Simon Watt BBC-yə bildirib ki, kampaniyanın digər qəribə və gözəl növlərə diqqət çəkəcəyinə ümid edir. Watt: "Bizim təbiətin mühafizəsinə ənənəvi yanaşmamız eqoistdir. Biz yalnız pandalar kimi yaraşıqlı görünən heyvanları qoruyuruq. Nə qədər çirkin olsalar da, vacib olan odur ki, heyvanların yaşayış yerlərini qoruyaq" dedi. Məlumdur ki, damla balığı Avstraliyanın cənub-şərqindəki və Tasmaniya ətrafındakı adalarda okeanın 600-1200 metr dərinliyində yaşayır, xərçənglərlə qidalanır. Damcı balığın qəbul üçün uyğun olmasa da, balıqçıların toruna düşdüyü və bu səbəbdən təhlükə altında olduğu bildirilir.

Səsvermədə gözə çarpan digər çirkin heyvanlar isə bunlardır:

Kakapo: uça bilməyən tutuquşu növü. Yeni Zellandiyada yaşayan məməlilər arasındadır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, 2012-ci ilin əvvəlinə dünyada cəmi 126 kakapo qalmışdı.

Axolotl: Heç vaxt bitməyən salamandr növü. Nəsilləri ilə müqayisədə su altında yaşayır və unikal sualtı tənəffüs sistemini inkişaf etdirmişdir.

Proboscis meymunu: Normaldan daha böyük burunlu meymun növüdür.

Mənbə: arsiv.turkiyegazetesi.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et