Bu gün:

Florens Nightingale kimdir?


Viktoriya dövrünün simvollarından biri olan və müasir tibb bacılığının banisi hesab edilən Florens Nightingale 200 il əvvəl anadan olub. 1853-1856-cı illər Krım müharibəsində 39 tibb bacısı ilə İstanbula gələn Florence, o dövrdə hərbi xəstəxanaya çevrilən Səlimiyə Kışlasında xidmət edib. Gecə-gündüz xəstə əsgərlərə qulluq etdiyi üçün "Çıraqlı Xanım" ləqəbli tibb bacısı xəstələrdən topladığı məlumatlarla statistika və məlumatların vizuallaşdırılmasında qabaqcıl oldu.

Nightingale əl yuma kimi sadə gigiyena üsullarının yoluxucu xəstəliklərin qarşısını ala biləcəyini göstərmək istəyirdi. Koronavirus pandemiyası səbəbiylə tez-tez xatırlanan bu texnika 19-cu əsrdə ümumi bir tədbir deyildi. Əsgərlərin daha çox qeyri-gigiyenik şəraitdən öldüyünü sübut edən Florence və onun hazırladığı qrafika, xüsusilə bütün dünyanın epidemiya ilə mübarizə apardığı bu illərdə xatırlanmalıdır.

Nightingale tərəfindən çəkilmiş ən məşhur qrafiklər "gül diaqramı" kimi tanınır. London Universitetinin statistik tarixçisi Eileen Magnello-nun sözlərinə görə, pasta qrafikinin variantı olan bu diaqramda Nightingale Krımda döyüşən əsgərlərin döyüş yaralarından deyil, pis sanitar vəziyyətin yaratdığı epidemiyalardan öldüklərini göstərdi. Magnello bildirir ki, bu qrafik yoluxucu xəstəliklərin aradan qaldırıla biləcəyinə dair qəti sübutlar təqdim edir.

Diaqramı yaratmaq üçün Nightingale hərbi xəstəxanalarda və düşərgələrdə Britaniya əsgərlərinə qulluq edərkən topladığı məlumatlardan istifadə edib. Əsgərlərin yaşayış şəraitini müşahidə edən Florencek çirkli çarşafları, bit və birə ilə bulaşmış paltarları, çarpayıların altında gizlənən siçovulları gördü. Nəticədə çoxlu əsgərin vəba, tif, dizenteriya kimi xəstəliklərdən öldüyünü anladı.

Bununla belə, bu cədvəl Nightingale-in məlumatların vizuallaşdırılmasında yeganə cəhdi deyildi. O, həmçinin ictimaiyyəti, tibb işçilərini və siyasətçiləri kanalizasiyanın həyatları xilas etdiyinə inandırmaq üçün bir sıra başqa qrafiklər çəkdi.

Bir nümunədə Nightingale hətta sülh dövründə də əsgərlərin kişi mülki şəxslərə nisbətən qarşısı alına bilən xəstəliklərdən ölmə ehtimalının daha çox olduğunu göstərdi. Bunun üçün o, Britaniya kazarmalarında gigiyena olmaması səbəbindən ölən əsgərlərin sayını göstərmək üçün bar diaqramından istifadə etdi.

Mənbə: indyturk.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et