
Suyun temperaturu dəyişdikcə onun özlülüyü də dəyişir. Çətin ki, bunu hər gün suda görəcəyik, amma başqa misal da verə bilərik: yağlar.
Tavaya tökdüyünüz yağ axmağa kifayət qədər davamlıdır. Onu tavada gəzdirmək istəyirsən, amma müqavimət göstərir. Yağ istiləşməyə başlasa, onun daha asan axdığını görəcəksiniz. Bu səbəbdən, əvvəlcə, yağın qızmasını gözlədikdən sonra tava ətrafına tökməklə işimizi asanlaşdıra bilərik.
Mayelər axdıqda daxili sürtünmə səbəbindən səs yaranır. Su krandan axdığı və boruda olduğu üçün nəfəs alətlərində olduğu kimi bu səsin ötürülməsi və eşidilməsi asanlaşır. Bu səbəbdən krandan axan suyun səsini eşidirik. Dinamik özlülük temperaturdan asılı olaraq dəyişdiyi üçün tətbiq olunan sürtünmə qüvvəsi və buna görə də axan suyun yaratdığı səs dəyişir.
Mənbə: Evrimagacıofficial
Tərcümə etdi: Günay Məmmədova
