Bu gün:

Dünya isindikcə ağaclar nəfəs almaqda çətinlik çəkir


Ağaclar bir çox cəhətlərdən bizim üçün əvəzolunmazdır. Onlar fotosintez zamanı böyümək üçün atmosferdən karbon qazı alırlar.

Bu, son dərəcə adi bir təbiət hadisəsi kimi görünsə də, onlar istixana effektinə səbəb olan karbon dioksidi tutaraq istehsal etdiyimiz karbon qazı ilə mübarizədə bizə çox kömək edirlər. Ancaq yeni bir araşdırma, ağacların iqlim böhranı səbəbindən isti, quru iqlimlərdə karbon qazını saxlamaq üçün mübarizə apardığını aşkar edib.

Tədqiqatçılar müəyyən ediblər ki, daha isti, daha quru iqlimlərdə olan ağaclar nəfəs almaq əvəzinə öskürürlər. İsti və quru iqlimlərdə olan ağaclar tutduqları karbon qazını yenidən atmosferə buraxırlar.

Tədqiqatlar göstərir ki, bu reaksiya subtropik iqlimlərdə gündüz temperaturu 20 °C-ə çatdıqda özünü göstərməyə başlayır və temperatur artdıqca vəziyyət daha da pisləşir.

Tədqiqatçılar iddia edirlər ki, istifadə etdikləri üsul ağacların keçmiş iqlimlərdə nə qədər yaxşı nəfəs aldığını və gələcək iqlimlərdə nə qədər yaxşı nəfəs ala biləcəklərini daha yaxşı ölçə biləcəklər.

Mənbə: Evrimagacıofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et