Bu gün:

Vitaminlərlə zəngin quava


Vitaminlərlə zəngin olan, hətta yarpaqları belə şəfa mənbəyi olan quava meyvəsi haqqında heç eşitmisinizmi?

Quava Amerika qitəsinin yerli meyvəsidir və Asiyada bir neçə ildən sonra yayılmağa başlayıb.

Quava həqiqətən möcüzəvi bir meyvədir, çünki ondakı vitaminlər bildiyimiz digər meyvələrdən qat-qat çoxdur və yarpaqları da eynilə dərmanlıdır. Kənardan armud formalı limona bənzəsə də, açanda çox ləzzətli, bol toxumlu qırmızı meyvə ilə qarşılaşırsınız. 

Meksika, Mərkəzi Amerika və Cənubi Amerikada bitən quava indi Asiya, Havay, Karib dənizi və hətta Afrikada yetişdirilir. Onun qabığı armudvari və yaşıl-sarı tonlardadır. İçi toxumu və qırmızımtıl rəngdədir, lakin bəzən sarımtıl və ya çəhrayı da ola bilir. Orta ölçülü quava meyvəsinin bir porsiyası portağaldan beş qat daha çox C vitamini, ananasdan üç dəfə çox protein və lif, pomidordan iki dəfə çox likopen və banandan daha çox kalium ehtiva edir. Bütün bunlara əlavə olaraq, guavada B, A və E vitaminləri, həmçinin manqan, maqnezium və fosfor var. 

Quavanın faydaları:

• Göz sağlamlığı üçün mükəmməldir

• Əzələləri və sümük quruluşunu gücləndirir

• "Alzheimer" xəstəliyinə qarşı profilaktik təsir göstərir

• Arıqlamağa kömək edir

• Dərini hamar edir

• Hormon balansınızı tənzimləyir

Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et