Yay aylarında meyvələrlə bağlı ən böyük problemimiz onların çürüməsidir. Xüsusən də bananı aldıqdan sonra bir neçə gün ərzində istifadə etməsək, dərhal yetişir və rəngi qaralır. Bəs bu niyə baş verir?

Bunun əslində çox sadə cavabı var. Meyvələr yetişdikcə və böyüdükcə fərqli bir forma alır və bunu rəngləri ilə bizə göstərirlər. Onların prosesi dad, qoxu, ətir və toxumada əhəmiyyətli dəyişikliklərlə müşayiət olunur. Bu dəyişikliklər meyvənin istifadə və dadını artırır. Təbii ki, artıq yetişmiş meyvələrin çürüməsi an məsələsidir. Yetişməyə başlayanda xlorofilin miqdarı getdikcə azalır və yerini sarı, narıncı, qırmızı kimi rənglərin mənbəyi olan karotenoidlər tutur. Bu rəng dəyişikliyi əslində bizə meyvənin yetişdiyini göstərən bir işarə kimi xidmət edir.
Bəs niyə bəzi meyvələr yetişən kimi qırmızı deyil, bənövşəyi, mavi və qara kimi qəribə rənglər alır ?
Bunun səbəbi antosiyaninlər kimi digər piqmentlərin artan miqdarındadır. Bu piqmentlər meyvələrə özünəməxsus və heyrətamiz rənglər bəxş etməklə yanaşı, bir çox sağlamlıq faydaları da təqdim edir.
Amma yenə də çox yetişmiş meyvələri yeməkdən çəkinmək məsləhətlidir.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova
