
Pişiklər dünyada öz azadlığını və rahatlığını ən çox sevən heyvanlardır. Pişiklər özlərinə meyllidirlər və yaşadıqları mühitdən razı deyillərsə, orada yaşamaq istəmirlər. Bura onlara qayğı göstərən sahiblər də daxildir. İtaət etməyi sevməyən pişiklər bir çox insanlar tərəfindən nankor hesab edilsə də, əslində mehriban heyvanlardır. Onlar özlərini heç kimə və ya başqa bir canlıya aid etmək və insanlardan asılı olmaq istəmirlər.
Pişiklərin istədiyi tək şey sevgi və güvəndir. İçində olduqları mühitdə güvən və rahatlıq olarsa xoşbəxt olarlar. Nə qədər əksini düşünülsə də, pişiklər sahiblərini dost kimi görürlər. Əgər ətraflarında özlərini rahat və təhlükəsiz hiss etmirlərsə, evdən qaçmağa və xoşbəxt ola biləcəkləri yer axtarmağa başlayırlar.
Pişiklər öz sahiblərini seçirlər deyimi bir qədər doğrudur, yeganə səhv odur ki, sahiblərini sahib kimi görmürlər. Dost saydıqları insanları onlara göstərdikləri sevgi və qayğı ilə qiymətləndirirlər. Pişiklər mütəmadi olaraq qidalandıqda və ehtiyacları ödənildikdə ətraf mühitə asanlıqla uyğunlaşır və mühiti dəyişmək istəmirlər.
Əgər pişiyinizin sizə və evinizə alışmasını istəyirsinizsə, onun istədiyi qədər azad olmasına icazə verin. Evdə istədiyi bütün otaqları, əraziləri gəzə bilsin. Pişiklər təmiz heyvanlardır, ona görə də yemək və su qabını mütəmadi olaraq təmizləmək lazımdır.
Mənbə: markamama.com
Tərcümə etdi: Günay Ələskərova
