Bu gün:

Ölümdən sonra saç uzanırmı?


Hollivud filmlərində və ümumi mədəniyyətlərdə inanılanların və iddia edilənlərin əksinə, ölümdən sonra nə saç, nə də dırnaq uzanır. Hər ikisinin uzanması beyin ölümünün baş verməsi ilə bitir.

Çünki saç və dırnaqların böyüməsi mürəkkəb biokimyəvi zəncir sayəsində baş verir. Bu zəncir beyin tərəfindən idarə olunur. Beyin ölümü olan insanda saç və dırnaqların görünən şəkildə uzanması mümkün deyil.

Bu iddianın ortaya çıxması və yayılmasının səbəbi yəqin ki, ölümdən sonra bədənin su itirməsi (susuzluq) nəticəsində yumşaq toxumaların kiçilməsi, dərinin altındakı saç və dırnaqların görünməsidir.

Mənbə: Evrimagacıofficial

Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et