Bu gün:

Pişik öpüşü nədir?


Pişiklər insanları gözləri ilə öpür?

Kitty Kiss 

"Cat Kiss" pişiklərin gözləri ilə etdiyi elmi cəhətdən sübut edilmiş bir hərəkətdir. Pişiklər əslində gözlərin içinə baxmağı sevmirlər və bunu təhdid yaxud itaətsizlik kimi qəbul edib qəzəbli ola bilərlər. Bununla belə, sizinlə bağı olan bir pişik sevgi göstərmək üçün gözlərini istifadə etməkdən çəkinməz. Pişiklər gözlərinizin içinə baxaraq və yavaş-yavaş qırparaq xüsusi öpüşlər edirlər. Bu, əsl sevgi əlamətidir və adətən pişiklər sakit, dinc olduqda müşahidə olunur. Pişiyiniz sizə pişiyi öpdüyü zaman eyni yavaş göz qırpımı ilə cavab versəniz, sizi başa düşəcək.

Heç vaxt sizə "Cat kiss" verməyən və ya öpüşünüzün qarşılığını verməyən bir pişik, o demək deyil ki, sizi sevmir. Bəzi pişiklər sevgi və güvənlərini başqa yollarla göstərməyə üstünlük verə bilərlər.



Mənbə: Evrimağacıofficial

Tərcümə edən: Günay Məmmədova

Paylaş
Şərh əlavə et