Bu gün:

29 yaşlı qadının "evtanaziya" sorğusuna müsbət cavab


Hollandiyada Zoraya Ter Beek adlı xanımın "Ruhi xəstəliyi" ilə bağlı etdiyi evtanaziya müraciəti qəbul edilib.

"Dözülməz həddə ruhi əzab" çəkməsi səbəbi ilə 29 yaşlı qadına tibbi yardımlı ölüm kimi adlandırılan evtanaziya tətbiq olunacaq. 

3 il yarım sonra qəbul olunan evtanaziya müraciəti Avropada böyük çaxnaşmalara səbəb olub.

Bu müzakirələri anlayışla qarşılayan gənc xanım Hollandiyada bu hüququn 20 ildir tətbiq olduğunu bildirib.

Ölümcül xəstələrə verilən bu hüquq ilk dəfə Hollandiyada həyata keçirilib.

Qeyd edək ki, evtanaziya – sağalma ehtimalı olmayan və dözülməz həddə əzab çəkən şəxslər üçün tibbi yardımlı ölüm qanunu 2002-ci ildə qəbul olunmuşdur.

Mənbə: berglobal.com.tr

Tərcümə etdi: Məcid Əmirov

Paylaş
Şərh əlavə et