Hyperion ağacı dünyanın ən hündür ağacıdır. Təxminən 115 metr hündürlüyü ilə seçilən bu qeyri-adi ağac Şimali Kaliforniyada milli parkdadır. Uzunömürlü ağac olan Hyperion ağacı ilk dəfə 25 avqust 2006-cı ildə Maykl Taylor adlı tədqiqatçı tərəfindən kəşf edilmişdir. Dünyanın ən hündür ağacı olan Hyperion ağacı bu xüsusiyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşmək hüququ qazanıb.
Hyperion ağacının latınca adı
Sahil qırmızı ağaclarından biri olan Hyperion ağacının Latın adı Sequoia Sempervirens kimi tanınır.
Hyperion ağacının xüsusiyyətləri
-Hyperion ağacı çox yayılmış ağac olmasa da, təbii olaraq yetişdirildiyi bölgədə boyu 140 metrə qədər böyüyə bilir.
- Pul və iynəyarpaqlı iki növ yarpağı olan hiperion ağacı konus əmələ gətirən əhəmiyyətli bir ağacdır.
-Təxminən ildə bir dəfə yetişən konuslar 20 pulcuqdan ibarətdir. Eyni zamanda konuslar öz toxumlarını öz daxilində daşıyırlar.
-Hyperion ağacları uzun gövdəli, yaşıl yarpaqlı ağaclardır.
-Hyperion ağacı ABŞ-ın Kaliforniya ştatındakı Redwood Milli və Dövlət Parkında yerləşir.
-Dünyanın ən hündür ağacı olan Hyperion ağacı kəşf ediləndən bu yana onun üzərində çoxlu araşdırmalar aparılsa da, onun parkdakı dəqiq yeri açıqlanmayıb.
-Hyperion ağacının dəqiq yerini yalnız ekosistemi və onu bədxah insanlardan qorumaq üçün hündürlüyünü ölçən alimlər bilir.
-Araşdırmalara görə, Hyperion ağacının hündürləşəcəyi, ancaq ağacdələnlərin budaqlarına zərər verdiyi üçün böyüyə bilmədiyi müəyyən edilib.
-Təxminən 4000 il yaşayan bu ağacların toxumlarının əmələ gəlməsi üçün 150 il keçməlidir.
Mənbə: hurriyyet.com.tr
Tərcümə etdi: Rəhimə Cəmilova
