Neem ağacı xalq arasında "Hind yasəmən" kimi də tanınır. Yarpaqlarından çiçəklərinə, hətta toxumlarına qədər orqanizm üçün bir çox faydası olan bu ağac, xüsusilə dəri üçün çox gözəl bir bitkidir. Neem ağacının yarpaqları acı dadı olduğundan yemək çox çətindir. Bu səbəbdən ağacın yarpaqlarından müxtəlif üsullarla istifadə edilir.
Neem-in faydaları nələrdir?
Neem ağacının yarpağı kəpək üçün mükəmməl bir vasitədir. Saçların kəpəkdən qurtulmasına kömək etməklə yanaşı, onları ölü hüceyrələrdən təmizləyərək parlaqlıq da verir.
Onun yarpaqları və yarpaqlarından alınan yağın dəriyə çoxsaylı təsiri var. Neem ağacı dəri xəstəliklərini sağaldır.
Dərini təmizləmək üçün də istifadə edilən bu yarpaqlar canlılıq və təravət verir.
Neem ağacının yarpaqları dəriyə hamarlıq verir və nəmləndirir.
Bütün dəri tiplərinə uyğun olan bu yarpaqlar sızanaqları müalicə edir və əmələ gəlməsinin qarşısını alır.
Ekzema, sedef xəstəliyini müalicə etməyə kömək edir və dəri yanıqlarını bərpa edir.
Diş əti problemi olanların imdadına çatan neem ağacı ağızdakı zərərli bakteriyaları məhv edir.
Bu ağacın yarpaqları ilə hazırlanan çay həzmi asanlaşdırır. Mədə və bağırsaq xəstəlikləri riskini azaldır.
Neem ağacının yarpaqlarından necə istifadə etmək olar?
Neem yarpaqlarını yaxşıca yuyun. 1stəkan suya 4-5 yuyulmuş yarpaq qoyun və blenderlə yaxşıca əzin. Bu qarışığı süzün və bütün çirkləri çıxarın. Yaranan qarışığı saç və dəri üçün istifadə edə bilərsiniz.
Yarpaqlarının başqa bir istifadəsi toz şəklindədir. Bir ovuc qurudulmuş Neem yarpaqlarını bir dəyirmanda toz halına gətirin. Yarım çay qaşığı Neem tozunu balla qarışdıraraq yeyə bilərsiniz. Siz də digər bitki çayları kimi Neem ağacının yarpaqlarını dəmləyib gün ərzində içə bilərsiniz.
Mənbə: hurriyyet.com.tr
Tərcümə etdi: Rəhimə Cəmilova
