Bu gün:

Zürafələrin dili niyə mavidir?


Zürafələrin dillərinin mavi olduğunu bilirdinizmi? Təbiətdəki hər şeyin mühüm səbəbi var. Bu sevimli heyvanın 45-50 sm uzunluğunda olan mavi dilinin səbəbi də onun üçün çox önəmlidir. Zürafələr ot yeyən heyvanlardır, əsasən Afrika savannalarından olan akasiya ağaclarının tikanlı yarpaqları ilə qidalanırlar. Yaşamaq üçün hər gün 30 kq yarpaq yemək məcburiyyətində qalan zürafələr, demək olar ki, bütün günü Afrika istisində ağızları açıq qaldıqları üçün, dilləri günəş yanığından qorunmaq üçün belə bir rəng alıb. Zürafələrin dilləri təxminən 53 sm uzunluqdadır və öz qulaqlarını dilləri  ilə rahatlıqla təmizləyə bilirlər.


Mənbə: especiallyafrica.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et