Bu gün:

"Coca-Cola"-nın rəngi ​​həqiqətən yaşıldırmı?


12 fevral 2018-ci il tarixində bir Twitter hesabından edilən paylaşımda Coca-Cola rənginin əslində yaşıl olduğu iddia edilib. Oxşar iddialar uzun müddətdir ki, bütün dünyada paylaşılır. Mövzu ilə bağlı təhlil 1999-cu ildə Snopes tərəfindən paylaşılıb və 2021-ci ildə yenidən yenilənib. Coca-Cola-nın orijinal rənginin yaşıl olduğu iddiası uzun müddətdir ki, bütün dünyada paylaşılır. Mövzu ilə bağlı bir çox sosial media yazılarına rast gəlmək mümkündür. Coca-Cola da içkinin rənginin əslində yaşıl olması ilə bağlı yayılan söz-söhbətlə bağlı "Tez-tez verilən suallar" başlığı ilə açıqlama verib. 10 yanvar 2020-ci il tarixində yayımlanan açıqlamada Coca Cola'nın 1886-cı ildə ilk istehsalından bəri eyni rəngdə olduğu ifadə edilib.


Mənbə: dogrulukpayı.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et