Eqo sözündən əvvəl gələn alter sözü “başqa” mənasındadır. Bu vəziyyət əslində bir çox insanın gündəlik həyatda bildiyi 'İçimdə bir mən var' quruluşunu tamamlayır. Başqa sözlə desək, insanın ilkin şəxsiyyətindən fərqli alternativ mənliyə malik olması deməkdir. Bu baxımdan bir çox fərqli insanlarda görünən və ümumiyyətlə öz təsirini göstərən bir eqodur. Xüsusilə təhsil və fəlsəfi aspektlərdə mühüm yer tutduğunu söyləmək mümkündür.
Alter Eqo necə formalaşır?
Alternativ eqo yaratmaq üçün insan ilk növbədə özünün başqa mənliyini tapmalıdır. Xüsusilə məsləhətçilər və psixoloqlar insanı daha yaxşı tanımaq üçün alter eqo yaradırlar. Bu gün bir çox insanlar ətraf mühit və davranışlarından asılı olaraq fərqli şəxsiyyətlər inkişaf etdirirlər. Bu vəziyyət xüsusilə sağlam şəkildə davam etdiyi və insanın daxili mənliyinə zərər vermədiyi müddətcə əhəmiyyətli faydalar təmin edir. Bu zaman insanın Alter eqosu bir çox fərqli strukturlar altında şəxsiyyət baxımından ortaya çıxır. Xüsusilə insan özünü dinləyib, özünü dərk etməyə çalışdıqda alter-eqo formalaşır. Beləliklə, fərd öz mənliyindən kənarda fərqli mənlik yaradaraq alter-eqo yaradır.
Eqonun dəyişdirilməsi
İnsan öz daxilində bir çox fərqli mənlik yarada bilər. Bu mənliklər ətraf mühit şəraitindən və davranış nümunələrindən asılı olaraq müxtəlif yerlərdə istifadə olunur. Xüsusilə müxtəlif vəziyyətlərdə və formalarda insan Eqo ilə öz-özünə dəyişən effekt yarada bilir. Məsələn, bəzi situasiyalarda cəsarətli davranarkən insan “Qorxmamalıyıq” deyə pıçıldamaqla fərqli bir mənliyə girə bilər. Eyni zamanda, özünüzü dinləmək və öz mənliyinizi anlamağa çalışmaqla müxtəlif Alter Eqo dəyişiklikləri baş verə bilər.
İkinci dərəcəli eqo anlayışları
Xüsusilə ikinci eqo anlayışları maraq doğuran mövzular sırasındadır. Bu baxımdan, ikincil proses vasitəsilə doymamış impulsların yaratdığı gərginliyin aradan qaldırılması ikinci dərəcəli eqo kimi ifadə edilə bilər. Bu alternativ quruluşun gündəmə gəlməsi ilə bir çox insan gündəlik həyatlarında ikinci dərəcəli eqo anlayışından istifadə edir. Bu baxımdan insan müxtəlif vaxtlarda ehtiyaclarına uyğun olaraq fərqli Eqo strukturlarından istifadə edir. Bu gün həm fəlsəfi, həm də gündəlik həyatda, təhsildə mühüm yer tutan strukturlar sırasındadır.
Mənbə: hurriyyet.com.tr
Tərcümə etdi: Rəhimə Cəmilova
