Bu gün:

"Mənşə adı" nədir?


Fərqli keyfiyyət, reputasiya və ya digər xüsusiyyətlərə görə region, ərazi, region və ya mənşə ölkəsi ilə eyniləşdirilən məhsulu göstərən işarədir. Coğrafi göstəricilər mənşə adı və ya mənşə əlaməti kimi qeydə alınır.

Qida, kənd təsərrüfatı, mədənçıxarma, sənətkarlıq və sənaye məhsulları coğrafi göstərici üzrə qeydiyyata alına bilər. Əgər məhsulun bütün və ya əsas keyfiyyətləri müəyyən coğrafi əraziyə aid olan təbii və insan elementlərindən qaynaqlanırsa, bu halda coğrafi göstəricilər “mənşə adı” adlanır. Məhsulun bütün istehsalı, emalı və digər proseslər müəyyən edilmiş coğrafi ərazinin hüdudlarında baş verməlidir. Bu kontekstdə mənşə adları kimi qeydə alınan coğrafi göstəricilərin mənşəyi bölgə ilə çox güclü əlaqələri var. Fərqli keyfiyyət, reputasiya və ya digər xüsusiyyətlərə görə müəyyən bir coğrafi ərazi ilə müəyyən edilmiş, istehsal, emal və ya digər proseslərdən ən azı biri müəyyən edilmiş coğrafi ərazidə baş verməli olan məhsulların obyekti olan coğrafi göstəricilər “coğrafi göstəricilər” adlanır. Xammalı və ya istehsal və emal mərhələlərindən biri regionda baş verən məhsul mənşə ölkəsi kimi qeydiyyata alındıqda digər istehsal və emal mərhələləri də mənşə regionundan kənarda həyata keçirilə bilər.

Mənbə: Türk patent

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et