Bu gün:

Retriever it cinsləri


Dostluğu ilə tanınan və it sahibləri tərəfindən sevilən retrieverlər ailələr üçün ideal it cinsləridir. Vətəni Böyük Britaniya olan bu cinslərə Retrieverlər deyilir və bir neçə növü vardır. Ovçuluq instinktlərinə baxmayaraq, tutduqları ovunu sahibinə aparmaq vərdişləri var. Onlar ovlanan heyvanlara zərər vermədən sahiblərinə aparmaq üçün yetişdirilirlər. Təbii olaraq itaətkar və oynaq olan retriever itləri reabilitasiyaya ehtiyacı olan xəstələrin ən yaxşı dostudur.

Dünya İtlər Federasiyası VIII. Qrupa daxil olan retriever növləri 6 cinsdən ibarətdir.

Golden Retriever

1850-ci ildə ortaya çıxan bu cins vətəni Şotlandiyadır və dünyanın ən məşhur it cinslərindən biridir.

Labrador Retriever

Ağıllı, enerjili və xeyirxah xarakterə malik olan bu cins Retriever növləri arasında çox məşhurdur. 

Nova Scotia Retriever

Tez-tez Golden Retriever ilə qarışdırılan bu cins o cinsdən daha qısadır. Toller kimi də tanınan bu cins atletik bir quruluşa malikdir. O, mərhəmətli və səbirli xasiyyəti ilə uşaqlar üçün yaxşı dostdur.

Düz tüklü Retriever

Bu orta boylu cinsin ən fərqləndirici xüsusiyyəti onun düz lələk quruluşudur. Ov iti olmaqla yanaşı, suda və quruda işləmək üçün yetişdirilib.

Qıvırcıq tüklü Retriever

Vətəni İngiltərə olan cinsin ən fərqli xüsusiyyəti qıvrım saçlarıdır. Cins uzun ayaqları və quyruğu olan əzələli bədən quruluşuna malikdir.

Chesapeake Retriever

ABŞ-da yetişdirilən bu növ suda istifadə üçün xüsusi olaraq yetişdirilib. O, həm də su quşları və ördək tutmaqda usta ovçudur. Adətən qəhvəyi lələk rənginə malikdir və orta ölçülüdür.


Mənbə: markamama.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et