Bu gün:

Təyyarədə yeməklərin dadı niyə fərqlidir?


Dadmaq qabiliyyətinə genetik faktorlarla yanaşı ətraf mühit faktorları da təsir edə bilər. Bunlardan biri rütubət və təzyiqdir.

Təyyarələrdə 5000 fut yüksəklikdən başlayaraq dəyişən rütubət və təzyiq nəticəsində insanın dad və qoxu qavrayışı uçuş boyu 30 faiz zəifləyir. Buna görə də şirin və duzlu məhsulları, xüsusən də acı olanları ayırd etmək onun üçün çətinləşir. Ona görə də təyyarədə verilən yeməklər yerdəkindən daha acı, duzlu və ya şirin olur. İaşə şirkətləri bunu bildiklərinə görə, onlar adətən parmesan pendiri və ya pomidor kimi daha dominant umami dadı olan məhsullardan istifadə edirlər. Yediyiniz sendviçdə pomidor və parmesan pendiri dadı gücləndirir və daha dadlı edir.

Mənbə: Evrimagacıofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et