Bu gün:

Aerob tənəffüs etməyən yeganə heyvan: "Henneguya salminicola"


Mitoxondriya və aerob tənəffüsün olması eukariotların ən mühüm xüsusiyyətlərindən biridir. Bəzi növlərdə oksigensiz həyata uyğunlaşmaq üçün mitoxondrilərin zamanla müstəqil şəkildə itirildiyi məlum olsa da, cəmi üç il əvvəl bunun ilk dəfə parazit heyvan növündə baş verdiyi aşkar edilmişdir: Meduza və hidroidlərlə yaxından əlaqəli olan bu maraqlı heyvanın elmi adı "Henneguya salminicola"dır.

Mitoxondriyada iştirak edən zülalların çoxu mikotondrial DNT tərəfindən deyil, hüceyrənin öz DNT-sindəki genlər tərəfindən istehsal olunur. Buna görə də, bir mitoxondriya öz DNT-sini itirmiş olsa belə, xaricdən gələn zülallarla işləyə bilər. 

Əslində, mitoxondriyalar aerob tənəffüsləri ilə məşhur olsalar da, amin turşusu, yağ turşusu, fosfolipid, vitamin və steroid maddələr mübadiləsində və dəmir kükürd klasterinin istehsalında da mühüm rol oynayırlar. Buna görə də DNT-sini itirmiş bir mitoxondriya lazımsız bir orqanoid olaraq görülmür və məhv edilmir, "mitoxondri ilə əlaqəli orqanoidlər (MROs)" adını alaraq hüceyrənin içərisində həyatına davam edir.

Tədqiqatçılar hüceyrə nüvəsində istehsal olunan zülalların mitoxondriyada istifadə edilməsi üçün kodlaşdıran genlərə baxdıqda mitoxondrial DNT polimerazanın üç mutasiyaya malik olduğunu görüblər. 

Bu hadisənin nə vaxt baş verdiyinə gəlincə, mitoxondrial DNT itkisinin təkamül baxımından yeni olması mümkündür, çünki oksigensiz tənəffüs edən eukariotların mitoxondriya ilə əlaqəli orqanoidləri, ümumiyyətlə, öz kristal quruluşunu itirir, halbuki bu quruluş H.salminicola-da hələ də müşahidə olunur və aerob tənəffüs üçün genlər, artıq funksional olmasalar da, nüvədəki DNT-də hələ də mövcuddurlar.

Mənbə: Evrimagacıofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et