24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovdur. O, yaşıl enerjidən danışıb.
-COP29 və Azərbaycanın yaşıl enerjiyə keçidi nələr vəd edir?

Azərbaycanın yaşıl enerjiyə keçid etməsi, ilk növbədə, ona gətirib çıxaracaq ki, ölkəmizin ərazisində karbon emisiyyalarının miqdarı tədricən azalmağa başlayacaq. Belə ki, Paris razılaşmalarına əsasən, 2035-ci ilə qədər Azərbaycan öz ərazisində karbon emisiyyalarını 35% azaltmaq məqsədini qoyub. 2050-ci ilə qədər bizim ölkədə karbon emisiyyalarını 40%-ə qədər azaltmaq məqsədi güdülür.
Bundan başqa, əlbəttə ki, digər məsələ Azərbaycanda yaşıl hidrogenin istehsalının vüsət almasıdır. Yaşıl hidrogen o hidrogenə deyilir ki, külək və günəş enerjisi, ümumilikdə, yaşıl enerji vasitəsilə sudan hidrogen alınır, və o hidrogen istənilən bir əraziyə nəql oluna bilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu yaxınlarda çıxışı zamanı qeyd etdi ki, “Biz gələcəkdə Avropaya neft və qaz yox, yaşıl hidrogen ixrac edəcəyik”. Bu baxımdan, Azərbaycanda yaşıl enerjiyə keçidin çox böyük əhəmiyyəti vardır.
Türkanə Meşədiyeva
