Bu gün:

Fiziki və insan coğrafiyası arasındakı fərq nədir?


Fiziki coğrafiya Yerdəki təbii proseslərə, o cümlədən iqlim və plitə tektonikasına diqqət yetirir, insan coğrafiyası isə insanların təsirini və davranışını və onların fiziki dünya ilə əlaqəsini öyrənir. 

Coğrafiyanın iki sahəsi bir-biri ilə əlaqəlidir.

Fiziki coğrafiya litosfer, atmosfer, hidrosfer və biosferlə məşğul olur. Litosfer Yerin yaxınlığında və ya səthində bərk, parçalanmış süxurlardan və səthdəki torpaq örtüyündən ibarət relyef formalarından əmələ gəlir. Hidrosfer üç vəziyyətdə su ehtiva edən hissədir, atmosfer isə yerin ətrafındakı hava sferasıdır.


İnsan coğrafiyası insanların həyat tərzinin dil, din, iqtisadi fəaliyyət, hökumət və incəsənət kimi aspektlərini araşdırır. Sahə həmçinin qloballaşmanı mədəni aspektlərin bütün dünyaya ötürüldüyü bir proses kimi təhlil edir.

Coğrafiya insanın davranışını onun fiziki mühiti ilə əlaqələndirir. Bu vacibdir, çünki fiziki coğrafi xüsusiyyətlər ətrafda yaşayan insanların həyata keçirə biləcəyi fəaliyyət növünü müəyyənləşdirir. Məsələn, şəhər yerlərindəki təbii mühit orada yaşayan insanları kənd sakinlərindən fərqli həyat tərzi ilə məhdudlaşdırır. Əksinə, insan fəaliyyəti fiziki mühitə təsir göstərir. Məsələn, sənaye karbon emissiyaları iqlim dəyişikliyi ilə əlaqələndirilir.


Mənbə: 411answers.com

Tərcümə: Günay Ələskərova

Paylaş
Şərh əlavə et