Bu gün:

“Coca Cola”-nın resepti tapıldı


100 ildir sirr olaraq saxlanılan “Coca-Cola”nın düsturunu kəşf etdiyini iddia edən müəllif içkiyə dad verən maddələri açıqlayıb. Müəllifin ən diqqətçəkən iddiası odur ki, şirkət içkini yekunlaşdırmadan əvvəl spirtdən istifadə edir.


Bir əsrə yaxındır dünyanın ən yaxından qorunan sirlərindən biri açılmış ola bilər.


Mark Prenderqastın mövzu ilə bağlı kitabında şirkətin təhlükəsizlik səbəbiylə yalnız 2 nəfərin bilməsinə icazə verdiyi Coca Cola düsturunu həll etdiyi iddia edilir.


İngiltərənin "Metro" qəzetində çıxan xəbərə görə, şirkətin qurucusunun yazdığı formulanı əldə etdiyini iddia edən Prendergast, içkinin tərkibində keşniş, darçın və neroli kimi maddələr olduğunu iddia edir. Prendergast-a görə, bu 7 inqrediyent içkiyə məşhur dadını verir.


Prendergast-ın ən diqqətçəkən iddiası isə şirkətin bu dadları hiss elətdirməmək üçün “Coca-Cola"-nı 24 saat ərzində xüsusi tərkibdə saxlanılmasıdır.


Mark Prenderqastın kəşf etdiyini iddia etdiyi düstur belədir:


29,5 ml sitrat kofein


29,5 ml vanil ekstraktı


88,7 ml limon turşusu


Dörddəbir əhəng


14 kq şəkər


9,5 litr su


İllərdir davamlı nəzəriyyələrin mövzusu olan və tərkibindəki maddələrlə bağlı tez-tez fərziyyələr səslənən Coca-Cola-nı digər markalardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyət şübhəsiz dadıdır. İçkiyə bu dadı bəxş edən bitki mənşəli maddələri sirr saxlayan şirkət, bəlkə də dünyanın ən maraqlı sirrini hətta öz baş direktorundan da saxlayır.


Mənbə: ntv

Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et