Sərvət əlaməti, Tibet Mastifi- satılan ən bahalı heyvandır?!

Tibet mastifi, son dərəcə böyük bir it növü olan mastif cinsi, mastiflərin mənbəyi olan Tibet itlərindən təkamül etmişdir. Uğurlu çoban iti olan Tibet mastifi hətta sürüləri bəbirdən qoruya bilir. O, kəndlərin və boş yerlərin ən yaxşı keşikçisidir. Amma, onların məşqi çox çətindir. Ümumiyyətlə, aslan yeləsinə bənzəyən yalına görə tanınan və bəzən “şir yallı Tibet iti” adlandırılan bu mastif cinsi bu gün gözətçi yaxud da çoban iti kimi deyil, xüsusilə Çin və ABŞ-da sərvət göstəricisi kimi istifadə olunur. Bu cinsdən bir fərd, "Böyük sıçrayış" adlı Tibet mastifi, balaları üçün normal bazar dəyəri təxminən 10.000 ABŞ dolları olan, 2011-ci ildə 1,5 milyon dollara satılaraq "ən bahalı it" titulunu aldı.
Belə yüksək qiymətə səbəb "Big Splash"in Tibet mastiflərini ən yaxşı şəkildə təmsil edən xüsusiyyətlərə malik olmasıdır və it yetişdirənlər bu saf cins mastifdən sperma əldə etmək üçün bala başına hətta 100.000 ABŞ dolları ödəyəcəklər. Ümumiyyətlə, Tibet mastiflərinin qədim Çin itlərinin nəsilləri olduğu, buna görə də "nəcib qan" olduğu düşünülür. Doğrudur, mastiflərin mənşəyi tarixdə çox uzaqlara gedib çıxır, amma, təbii ki, “nəcib qan” kimi məfhumun elmdə yeri yoxdur. Bununla belə, "Big Splash"in rekordu 2014-cü ildə mastif tərəfindən qırıldı. Qızıl Saçlı Tibet Mastifi nəslindən olan körpə mastif 12 milyon yuana və ya 1,95 milyon ABŞ dollarına satılıb. İt satılanda uzunluğu 80 santimetr, çəkisi isə 90 kiloqram olub.
Mənbə: Evrimagacıofficial
Tərcümə etdi: Günay Məmmədova
