Bu gün:

Danaburnu həşəratı


Danaburnu tünd rəngli tükləri ilə diqqət çəkir. Üst qanadlarının qısa, alt qanadlarının isə daha çox inkişaf etdiyi də nəzərə çarpır. Çox böyük bir həşərat növü olan danaburnunun orta uzunluğu 4-6 sm-ə çatır.

Ön ayaqları ilə torpağı qaza bilən böcək ayaqlarının gücü və forması ilə diqqət çəkir. Tinikli ayaqları isə ilk baxışdan asanlıqla fərq edilə bilən iti ucları ilə tanınır. Məlumdur ki, həşəratın başı qabağa uzanır, konusvari və kiçikdir. Pətək formalı qara və iri gözləri onun üzünün ən fərqləndirici xüsusiyyətidir. Ömrünün əhəmiyyətli bir hissəsini yeraltında keçirən buzov, ümumiyyətlə, humuslu, nəmli, gilli və qumlu torpaqlarda yaşayır. Həşəratlar çox buludlu günlərdə və gecə aktivləşir və yazda çoxalmağa başlayır. Eyni zamanda çox zərərlidir, iki ildən bir bala verir və təkcə görünüşü ilə deyil, həm də çıxardığı səslərlə diqqət çəkir. Ölkəmizin hər yerində tez-tez rast gəlinən köstəbək böcəyi polifaq zərərvericilər kateqoriyasına aiddir. Köstəbək böcəyi və onun sürfəsi ölkəmizdə bostan keskən, cubur, dana dişi kimi müxtəlif adlarla tanınır. Danaburnu sayca az olanda heç bir problem yaratmır, nəzarət edilmədikdə və ya baxımsızlıq etdikdə çoxalıb geniş əraziyə yayılan zərərvericiyə çevrilir, çoxluq təşkil etdikdə isə problemə çevrilir. Bəzi Avropa ölkələrində bu həşəratın nəsli kəsilmək təhlükəsi ilə bağlı çox mühüm xəbərdarlıqlar edilir və bu həşəratın öldürülməsi ilə bağlı müxtəlif qadağalar var.

Mənbə: CNN türk

Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et