Bu gün:

Ən çox qaçanlar futbolçulardır


Beynəlxalq araşdırma təşkilatlarından toplanan məlumatlara görə, futbol komanda idmanları arasında oyunçuların orta hesabla ən uzun qaçış məsafəsini qət etdikləri idman növü kimi birinci yerdədir.

İndiki futbolda bir oyunçu orta hesabla 11,2 kilometr qaçır, ikinci yerdə isə orta hesabla 9 kilometrlə otüstü xokkey gəlir. Bu idman növlərini basketbol və Amerika futbolu izləyir.


Günümüz futbolunda oyunçuların orta qaçış məsafəsi günü-gündən daha çox əhəmiyyət kəsb edən amil kimi önə çıxır. Xüsusən də yarımmüdafiəçilərin matçlarda daha çox müdafiə və hücum rolu oynaması bu sahədə oyunçuların qət etdikləri məsafənin ən yüksək səviyyədə olmasını təmin edir. Diqqət çəkən digər məqam isə texniki səviyyəsi məhdud olan komandalarda yarımmüdafiəçilərin qaçış məsafəsinin artmasıdır. Məsələn, 2011-2012 mövsümündə ilk dəfə UEFA Çempionlar Liqasının qruplarında iştirak edən Rumıniyanın “Otelul Qalati” komandasının yarımmüdafiəçiləri orta hesabla 13 kilometrdən çox məsafə qət ediblər. Qarşılaşmalarda hücumçuların orta qaçış sürəti 9-10 kilometr arasında olsa da, bu işdə fərqli kriteriyalar ön plana çıxır. Bu bölgədə oynayan futbolçular matçlarda yarımmüdafiəçilərdən daha çox sprint edir və sürətləri saatda 14-21 kilometr arasında dəyişir. Müdafiəçilər hücumçular kimi, hər matçda orta hesabla 9-10 kilometr, qapıçılar isə orta hesabla 5 kilometr məsafə qət edirlər.


Mənbə: Hurriyet


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et