Bu gün:

Buludların üstünə düşsək nə olardı?


Buludlara toxunmaq havaya toxunmağa bənzərdir.

Bunlar son dərəcə yüngül su damcıları olduğu üçün havada üzə bilirlər. Bir yerə toplaşdıqda isə buludlar əmələ gətirirlər. Bu birləşmə prosesi davam edərsə, damcılar böyüməyə başlayır və müəyyən bir nöqtədən sonra onlar cazibə qüvvəsinə müqavimət göstərə bilmirlər. Bu zaman onlar yağışa çevrilir və yerə düşməyə başlayırlar.

Tutaq ki, siz uçmağı bacardınız və buluda qalxdınız. Sizi əhatə edən buluda toxuna bilməzsiniz. Çünki havaya toxunmaq kimidir. Halbuki o zaman hava ilə təmasda olduğu kimi buludla da təmasda olursan. Gəlin belə düşünək. Duman, əslində, buluddur.

Dumanın içindən keçərkən hiss etdiyiniz tək şey sizə yapışan su damlalarıdır. Bir müddət yeriməyə davam etdikdən sonra saçların yağışa tutulmuş kimi islanmağa başlayır.


Mənbə: Cumhuriyyet

Tərcümə etdi: Nəzri Süleymanova






Paylaş
Şərh əlavə et