Bu gün:

1929-cu ilin iqtisadi böhranı


Böyük depressiya kimi də tanınan 1929-cu il iqtisadi böhranı dünyanın sosial və siyasi nəticələrlə üzləşdiyi ilk böyük iqtisadi böhran idi. 24 oktyabr 1929-cu ildə ABŞ-də başlayan böhran tezliklə digər inkişaf edir və II. İkinci Dünya Müharibəsinə qədər davam edir. Tarixə “Qara cümə axşamı” kimi düşən böhranla minlərlə şirkət və bank müflisləşir. Birjanın çökməsi ilə başlayan prosesin gətirdiyi zərər indiki pulla təxminən 400 milyard dollardır. Birjadakı şirkətlərin dörddə biri yoxa çıxır. Şirkətlərin dəyər itirməsi qiymətlərin azalması ilə müşayiət olunub. ABŞ-də deflyasiyanın ən ağır hadisəsi olan iqtisadi depressiyanın daralma mərhələsində qiymət səviyyəsində və pul məbləğində 30%-ə qədər azalma baş verir. Pulun və istehsalın 30%-ə qədər azalması nəticəsində hər dörd nəfərdən biri işsiz qalır. 1929-cu il Depressiyasının əsasını struktur və əlaqəli monetar iqtisadi səbəblər təşkil edir. Məsələn, şirkətlərin maliyyə vəziyyətindəki disbalans, bankların fəaliyyətindəki struktur problemləri, xarici ödənişlərdə balanssızlıq, pul siyasətində qızıl standartın israrlı olması 1929-cu il iqtisadi böhranının ən mühüm səbəblərindəndir.


1929-cu il Depressiyasının struktur səbəbləri: 


1929-cu il depressiyasının struktur səbəbi kapitalizmin işləməsi ilə sıx bağlıdır. Kapitalizmin tarixinə nəzər saldıqda məhsulun istifadə müddəti uzandıqca istehsal prosesində lazım olan kapital artır. Bundan əlavə, investisiyanın geri dönməzliyi ümumi sosial qiymətləndirməyə imkan verən kapital bazarlarının və birjaların inkişafına səbəb olur. Əslində, bu, əsasən riskləri idarə etmək cəhdidir. XX əsrin əvvəllərində qatarlardan avtomobillərə, elektrik enerjisinə və təyyarələrə qədər artan texnoloji inkişaflar və nəhəng Fordist istehsalı ciddi maliyyə ehtiyacını doğurur və birjalar çox sürətlə inkişaf edir. Fond bazarları inkişaf etdikcə cəmiyyətin bir çox mədəni, iqtisadi və siyasi xüsusiyyətlərini də əks etdirirdi. Xüsusilə, qısamüddətli birja qiymətlərini proqnozlaşdırmaq cəhdi olan spekulyasiya milli xarakterlərdən təsirlənib. 


Mənbə: Ataturkansiklopedisi


Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et