
“Paris Eyfeli, Sietlin Kosmos İynəsi” şüarı ilə istifadəyə verilən struktur 1962-ci ildə Sietl Ümumdünya Sərgisinin əsas cazibə mərkəzinə çevrilmiş və həqiqətən də şəhərin əsas simasına və simvoluna çevrilib.
Space Needle ideyası ilk dəfə Expo Komissiyasının sədri Edvard Karlsonum Almaniyaya səfəri zamanı Ştutqart Teleqülləsini görəndə ortaya çıxıb. Karlsonun salfet üzərində hazırladığı və sonradan binanın simvolu və ikonasına çevrilən eskiz Seattle əsilli memar Con Qrem tərəfindən 184 metr hündürlüyündə Seattle Space Needle kimi dizayn edilib. Doqquz metrlik bünövrəsi olan Space Needle dəmir-beton-polad qarışıq sistem kimi dizayn edilib. Expo zamanı elm və kosmik mövzulara həsr olunmuş sərgilərə ev sahibliyi edir. “Kosmik kapsulları” xatırladan sürətli liftlərlə təchiz edilmiş strukturun yuxarı mərtəbəsində “bizə kosmik gəmiləri xatırlatmaq üçün” elliptik formada dizayn edilmiş panoramik restoran yerləşir. Quruluşda istifadə edilən rənglər "astronavt ağ, qalaktika qızılı, orbital yaşıl" adlanır. Seattle Space Needle panoramik qülləsi hələ də restoran kimi xidmət edir.

Mənbə: Mimarizm
Tərcümə etdi: Səmayə Qədirova
