Təbii yağlar dəri, bədən və saç baxımı üçün əvəzolunmaz qulluq məhsullarından biridir. Bəzi qadınlar dərilərinə hər hansı kimyəvi məhsuldan istifadə etmək əvəzinə təbii yağlarla qulluq edirlər. Bu gözəllik metodu həm də ən düzgün tətbiqlərdən biridir.

Koreyada bu yağların minlərlə növünə rast gəlmək mümkündür. Bu səbəbdən Koreya kosmetika saytları xüsusilə təbii yağlar baxımından ölkəmizdə ən çox istifadə olunan saytlar sırasındadır. Dəriniz quru və ya yağlıdırsa, ən uyğun qulluq yağı ilə dərinizi yumşalda, ölü dərini çıxara və parlamasına kömək edə bilərsiniz. Xüsusilə təbii qızılgül yağları bütün dəri tiplərinə uyğun olduğu və dəri tonunu bərabərləşdirdiyi və yumşaltdığı üçün ən çox seçilən yağlardan biridir. Dərinizin tipinə uyğun təbii yağları axtarın və dəriyə qulluq üçün bir-iki damcı təbii yağ əlavə etməyi unutmayın. Unutmadan deyək ki, siz də istifadə etdiyiniz yağları tonal kreminizə əlavə edə bilərsiniz. Beləliklə, makiyajınız daha qalıcı və təbii olaraq parlaq olacaq.
Günəş kremindən istifadə edin!
Koreyalı qadınlar üçün günəşdən qoruyucu kremlər mütləqdir. Açıq dəriyə sahib olduqları üçün birbaşa günəş işığına məruz qalmaq çox zərərli olacaq, buna görə də çölə çıxmazdan əvvəl həmişə yüksək qoruyucu günəş kremindən istifadə edirlər. Hətta özləri ilə aparır, gün ərzində kremini təzələyirlər. Günəş bədən üçün faydalı olsa da, təəssüf ki, dəridə mənfi izlər buraxır. Yaydan və qışdan asılı olmayaraq rutininizə günəş kremi əlavə etməyi unutmayın. Ölkəmizdə ən çox yayılmış səhv qışda günəş kremindən istifadə etməmək fikridir. Ancaq unutmaq olmaz ki, qardan əks olunan şüalar günəş qədər dəridə ləkələrə səbəb olur. Buna görə də, xüsusilə də ağ dərilisinizsə, yüksək qorumalı günəş kremindən istifadə etməyi unutmayın. Günəş kremi çəkdikdən sonra gün ərzində ağardıcı krem məhsulları da istifadə edə bilərsiniz.
Mənbə: Korendy.com
Tərcümə edən: Leila Adigözəlova
