
Milli Yuxu Fondu bunun səbəbini belə deyir: Əllər və ayaqlar yuxu zamanı bədən istiliyini böyük ölçüdə təyin edir. Yuxudan əvvəl ayaqların temperaturu əhəmiyyətli dərəcədə artır və buna görə də isti ayaqlar beynə yatmaq vaxtının gəldiyini bildirir. Əslində, bir araşdırma hətta ayaqların istiləşməsinin daha uzun və fasiləsiz yuxu gətirdiyini göstərdi.
Bədən istiliyiniz gecələr sirkadiyalı ritminizin təbii bir hissəsi kimi aşağı düşür, buna görə də yatmazdan əvvəl özünüzü çox qızdırmaq da yuxunuza çox kömək etmir. Yuxarıda dediyimiz kimi, həddindən artıq isti olmaqdan şikayət edirsinizsə, ən sadə həll yolu ayağınızı yorğandan çıxarmaqdır, bu qədər. Xülasə, yuxu zamanı corab geyinmək və ayaqlarınızı isitmək beyinə yuxu siqnalları göndərəcəyi üçün tez yuxuya getməyinizə və dinc yatmağınıza kömək edə bilər. Ancaq yatarkən bədən istiliyiniz düşəcəyi üçün özünüzü çox qızdırmaq bədəninizin temperatur dəyişikliyinə uyğunlaşmasını çətinləşdirəcək. Bu zaman corablarınızı çıxarıb ayaqlarınızı yorğandan çıxarmaq və bədən istiliyinizi tarazlaşdırmaq yenidən sağlam yatmağınıza imkan verəcək.
Mənbə: www.sinpas.com
Tərcümə edən: Zahid Yaqublu
