Bu gün:

Bəzi bitki növləri niyə nadirdir?


Nadir bitkilər - nəsli kəsilməkdə olan bitki növləri kommersiya dəyəri olmadığı üçün istehsal edilməyən, kommersiya dəyəri olsa belə böyüməkdə çətinlik çəkdiyi üçün nadir hallarda görülən və ya populyarlığını itirdiyi üçün artıq istehsal olunmayan bitkilərdir.

Nadir bitkilərin tədqiqi botanika üçün vacibdir, çünki tədqiqatlar göstərir ki, nadir bitkilər adi növlərdən daha çox xəstəliklərdən təsirlənir. Nadir bitkilərin göbələk və bakteriya kimi torpaqda yaşayan mikroorqanizmlərin hücumuna daha çox həssas olması faktı onların nadir olmasının səbəblərindən biri ola bilər.

Çoxdan güman edilirdi ki, geniş yayılmış növlərin hər yerdə olmasının səbəbi onların ətraf mühit şəraitinin geniş diapazonu ilə əlverişli şəkildə öhdəsindən gələ bilmələridir. Buna görə də, bu sərfəli mübarizə nəticəsində geniş yayılan növlər müxtəlif iqlim və ya torpaqlarda dözümlü olacaq və bir çox yerdə inkişaf edə biləcəklər. Bununla belə, bitkilərin torpaqdakı kimi digər orqanizmlərlə qarşılıqlı əlaqəsi onların niyə nadir olduqlarına da aydınlıq gətirə bilər. Lakin, bu məsələ elmdə çox az tədqiqatçı tərəfindən yaxından öyrənilmişdir.

“Ecology” jurnalında dərc olunan araşdırmada Bern Universitetinin alimləri müəyyən ediblər ki, yalnız bir neçə yerdə (və ya bölgədə) rast gəlinən nadir bitki növləri adi bitki növlərinə nisbətən torpaq orqanizmlərinin zədələnməsinə daha çox həssasdır. Başqa sözlə, çox məhdud ərazilərdə yaşaya bilən bitkilər torpaq orqanizmləri tərəfindən bir neçə yerdə yaşaya bilən bitki növlərinə nisbətən daha çox mənfi təsirə məruz qalmışdır.


İqlim dəyişikliyi problemi daha da pisləşdirəcək!

Bitkilər böyümək üçün lazım olan qidaları almaq üçün öz köklərindən istifadə edir, həmçinin torpağa ekssudat adlanan bir sıra ifrazat maddələri istehsal edirlər. Bu ifrazatlar üzvi, yəni bir çox müxtəlif mikroorqanizmlər üçün qida mənbəyi olan karbon tərkibli birləşmələrdir. Müxtəlif mikroorqanizmlər müxtəlif ifrazatlara üstünlük verdikləri üçün bitki növlərinin kökləri ətrafında yaşayan müxtəlif torpaq orqanizmlərinin bu kök zonalarında toplanır. Bu orqanizmlərin bəziləri (məsələn, mikorizalar) bitkilərə kömək edir, digərləri isə (məsələn, patogenlər) bitkilərə zərər verir.


Mənbə: evrimağacı.com

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et