Bu gün:

Göy qurşağı necə yaranır?


Günəş işığı işığın çoxlu dalğa uzunluqlarından və ya rənglərindən ibarətdir. Bu dalğa uzunluqlarının bəziləri işıq su damcısına daxil olduqda digərlərinə nisbətən daha çox əyilir.

Bənövşəyi (görünən işığın ən qısa dalğa uzunluğu) ən çox, qırmızı (görünən işığın ən uzun dalğa uzunluğu) ən az əyilir. Beləliklə, işıq su damcısından çıxdıqda, bütün dalğa uzunluqlarına ayrılır. 

Bəzən əsas göy qurşağının üstündə başqa, daha zəif ikinci dərəcəli göy qurşağı görə bilərsiniz. İlkin göy qurşağı su damcısının içindəki bir əksdən yaranır. İkinci dərəcəli göy qurşağı damcı içərisində ikinci əks olunma nəticəsində yaranır və bu “yenidən əks olunan” işıq damcıdan fərqli bucaq altında çıxır. Buna görə ikinci dərəcəli göy qurşağı ilkin göy qurşağının üstündə görünür.  

Mənbə: Scijinks.gov

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et