Bu gün:

Maşın alan zaman onun qəzalı olduğunu necə müəyyənləşdirək?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı maşın ustası Əliyev Əlidir. O, maşınların qəzalı vəziyyətdə olub-olmadığını necə müəyyən edə biləcəyimiz barəsində danışıb.


Avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzalı olub-olmaması ilə bağlıdır. Bunu ilk baxışdan müəyyən etmək mümkün deyil. Çünki qəza nəticəsində əzilmiş, deformasiyaya uğramış avtomobili təmirlə, onun görünüşünü qüsursuz etmək olar. Satıcılar isə bunun bilinməsini istəmirlər. Çünki, maşının vurulduğunu bilən şəxs onu almaq fikrindən daşına bilər. Maraqlıdır, maşın alan zaman onun qəzalı olduğunu necə müəyyənləşdirmək olar? 

Alıcılar üçün ən problemli hissə odur ki, maşın alan zaman uduzmasınlar, vuruq olub olmadığını dəqiq bilsinlər. Burda çox məsələlər var. Məsələn, ilk dəfə maşın alan zaman xarici görünüşü yaxşı ola bilər, amma onun möhkəm qəza keçirib istifadəyə yararlı olub-olmamasını ancaq mütəxəssislər bilirlər. Amerikadan gələn maşınların demək olar 90%-i vuruq olur. Bunun VİN nömrəsini (bu, avtomobilin şəxsiyyət vəsiqəsi kimidir) axtarış edən zaman saytlardan baxmaqla bilmək olur ki, bu hansı vuruqla gəlib. İkinci mərhələdə, yeni nəsil xarici maşınlarda hava yastıqlarının bloku var, maşın qəza keçirən zaman o blok qəza rejiminə düşür. Biz onu kompüterlə diaqnostik edəndə bilirik ki, maşın hardan vurulub. Bir də belə bir məsələ var, maşının boya hissəsinə baxanda zavod istehsalçısının vurduğu boya qatıyla sonradan vurulan boya qatı arasında çox fərq olur. Boya qatının vurulma tempi yaxud da əziyin düzəlmə şəklinə görə bilmək olar ki, maşın hardan və necə vurulub. Zavod istehsalı yaxud da sonradan düzəlmə tam başqa cür olduğundan baxan kimi fərqi bilmək olur.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et