Bu gün:

Tarixinin ən böyük zəlzələsi


Zəlzələlər dünya tarixi boyu insanları qorxutmuşdur. Əgər ehtiyat tədbirləri görməsəniz, onun vurduğu zərər digər fəlakətlərdən daha çox ola bilər, ancaq Yaponiya kimi zəlzələlərlə yaşamağı öyrənmiş bir ölkəsinizsə, daha ciddi tədbirlər görürsünüz. Bu zəlzələlərin ən böyüyü yarım əsrdən çox əvvəl Çilidə baş verib.


Tarixlər 21 may 1960-cı ili göstərirdi. Çilinin Valdivia şəhəri əvvəllər də zəlzələlərin şahidi olub. 16 dekabr 1575-ci ildə baş verən çox ağır zəlzələyə görə şəhər tamamilə dağılmışdı. Deyilənə görə, müasir dövrdəki zəlzələyə çox oxşar zəlzələ olub. Mayın 21-i səhəri adi gün kimi başladı.

Saat 06:02-ni göstərdikdən sonra zəlzələ 35 saniyə davam etdi. 8,3 bal gücündə olan bu zəlzələ kifayət qədər dağıdıcı olub. Zəlzələ Konsepsion şəhərində baş verib və şəhərin 1/3 hissəsi dağılıb. Rayonun mərkəzlərlə telekommunikasiya əlaqəsi kəsilmişdi.

24 saat keçmişdi və yeni zəlzələ baş verdi. 7,1 bal gücündə zəlzələdən 2 dəqiqə keçmişdi ki, 6,8 bal gücündə daha bir zəlzələ baş verdi . Sarsıntılar bir-birinin ardınca gəlirdi.

Bir neçə saat sonra, hamı bir qədər rahatlaşanda, saat 14:56-da 7,8 bal gücündə daha bir zəlzələ baş verdi. Bütün şəhər qorxu içində idi, amma hələ bitməmişdi. Bu böyük hadisələr daha böyük zəlzələnin xəbərçisi idi.

Saat 15:11-də, Konsepsion zəlzələsindən cəmi 15 dəqiqə sonra dünya tarixinin ən böyük zəlzələsi-Valdivia zəlzələsi baş verdi. 9,5 bal gücündə və 11 dəqiqə davam edən zəlzələ 400 min kvadrat kilometr ərazini əhatə edib .

Zəlzələ o qədər böyük idi ki, aralarında nəhəng Sakit okean olmasına baxmayaraq, hətta Asiya qitəsi, ABŞ, Meksika və Avstraliya da təsirləndi, 25 metr hündürlüyündə sunami baş verdi.

Şəhər demək olar ki, məhv edildi. İnsanlar zəlzələ ilə yaşayarkən susuzluqdan da əziyyət çəkirdilər. Məlumata görə, zəlzələ nəticəsində 3000 nəfər ölüb.

Valdiviyada baş verən bu dəhşətli zəlzələ təkcə o günə deyil, gələcəyə də təsir etdi. Zəlzələ mütəxəssislərinin verdiyi məlumata görə, 20-ci əsrdə baş verən zəlzələlərin yüzdə 25-i bu səbəb olub . Bu gündən sonra zəlzələlər 7-dən çox olub və pis vəziyyəti daha da pisləşdirib.



Mənbə: milliyyet.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et