Lina tibb tarixində görülmüş və qeyd edilən ən gənc ana ünvanına sahibdir. O, 5 yaş, 7 ay, 17 günlük olanda övladını dünyaya gətirib. Bu, indiyə qədər qeydə alınmış ən gənc hamiləlikdir (növbəti nümunə Rusiyada 6,5 yaşında uşaq dünyaya gətirən anadır). Bu kədərli statistikada baş rolu oynayan Lina bu gün də Perunun paytaxtı Limada yaşayır.

Lina 23 sentyabr 1933-cü ildə Peru And dağlarının Tikrapo şəhərində 9 uşaqlı ailədə anadan olub. O, 5 yaşında olanda atası, gümüş ustası Tiburelo Medina və anası Viktoriya Losea "qarın həcminin artması" səbəbindən onu həkimə apardılar.
İlkin diaqnozu kimi həkimlər ciddi şiş xəstəliyi ilə üzləşdiklərini düşünüblər. Lakin sonradan Dr. Gerardo Lozada tərəfindən müayinə edilən Linanın əslində 7 aylıq hamilə olduğu müəyyən edilib. Limadakı digər həkimlər diaqnozu təsdiqlədikcə qızın təqibinə qərar verilib.
Bu hadisə ətraf ərazilərdə və ondan kənarda yerləşən bir çox yaşayış məntəqələrində böyük marağa səbəb olub. Məsələn, Texasdakı San Antonio Light qəzetinin 16 iyul 1939-cu il sayında yazılmışdı ki, Peru mama birliyi Limanın milli hamiləlik xəstəxanasına köçürülməsini tələb edir. “Texas” qəzeti Peru qəzeti “La Crónica” ya istinadən yazıb ki, Amerika kinostudiyası gənc qızın videolarını çəkmək hüququnu 5 min dollara əldə etmək istəyir. Lakin bu təklif rədd edildi.
Lina hamiləlik diaqnozundan 1,5 ay sonra, 14 may 1939-cu ildə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdi. 8,5 aylıq oğlan uşağının qeysəriyyə əməliyyatı ilə aparılmasına səbəb qızın çanaq sümüyünün doğum üçün kifayət qədər geniş olmaması olub. Yetkin qadınlarda belə, çanaq sümüyü çox vaxt körpənin rahat keçməsi üçün kifayət qədər geniş olmur və doğuş ağrılarına səbəb olur.
Linanın həkimi Lozada Peru Milli Tibb Akademiyasına təqdim etmək üçün doğuşdan əvvəl və sonra video çəkilişlər aparıb. Təəssüf ki, bu qeydləri daşıyan çantaların bir qismi qızın evinə getməyə gedərkən çaya düşüb; Ancaq qalanlar hələ də mütəxəssislərin diqqətini cəlb edəcək qədər böyük idi. Bundan əlavə, işi özü və ətraflı qeydləri ilə araşdırmaq qərarına gələn dövrün ən görkəmli həkimlərindən biri və Fransa Elmlər Akademiyasının üzvü Edmundo Escomel sayəsində Linanın hamiləliyi ilə bağlı çoxlu məlumatımız var.
Linanın övladı 2,7 kiloqram çəki ilə tamamilə sağlam doğulub. Doğuşdan əvvəl, əsnasında və sonrasında edilən müayinələrdə Linanın genetik olduğu düşünülən bir səbəbdən yetkinliyə erkən girdiyi müəyyən edilib. Buna paralel olaraq çanaq eni artıb, sümük böyüməsi baş verib, cinsi orqanlar normal yeniyetməlikdə olduğu kimi cəmi 2,5-3 yaşlarında demək olar ki, tam yetkinləşib.
10 il balaca Gerardo (uşağa düzgün diaqnoz qoyan həkimin adı verilmişdi) Linanı anası yox, bacısı hesab edirdi; Ancaq həqiqəti 10 yaşında öyrəndi. Gerardo tamamilə sağlam olsa da, 40 yaşında sümük iliyi xəstəliyindən vəfat edib.
Mənbə: evrimagaci.org
Tərcümə etdi: Rəhimə Cəmilova
