Yaşıl alçanın faydaları nələrdir?
2-05-2024, 10:39
Yaşıl alçanın faydaları nələrdir?
Antioksidantlarla zəngindir
Alçada olan güclü antioksidant komponentlər hüceyrələri sərbəst radikalların zərərindən qoruyur. Alça antioksidan komponentləri ilə bədəni qoruyur və yüksək miqdarda C vitamini ehtiva edərək xəstəliklərə qarşı müqaviməti artırır. O həmçinin A, K və B qrupu vitaminləri və sağlamlıq üçün faydalı bir çox minerallar ehtiva edir.
Dəmirin udulmasını artırır
Antioksidantlarla zəngin olmaqla yanaşı, alça yüksək miqdarda C vitamini ehtiva edir ki, bu da orqanizmin pəhriz dəmirinin mənimsənilməsini əhəmiyyətli dərəcədə artırır. 100 qram alça gündəlik C vitamini ehtiyacının təxminən 16 faizini ödəyir.
Xolesterolu balanslaşdırır
Alça tərkibindəki C vitamini sayəsində xolesterolu idarə etməyə kömək edir. Pis xolesterolu təkbaşına aşağı salmaq kifayət deyil, ancaq oksidləşmiş xolesterinin damarlarda yığılmasının qarşısını alaraq insanı damar tıxanması və bununla bağlı ürək xəstəliklərindən qoruyan meyvələr arasında saymaq olar.
Sümük sağlamlığını dəstəkləyir
Alçada olan K vitamini və maqnezium mineralları qida vasitəsilə alınan kalsiumun orqanizm tərəfindən sorulması üçün vacibdir. Qurudulmuş alça, postmenopozal dövrdə sümük sıxlığını qorumaq üçün qəbul esilməsi tövsiyə edilən quru meyvələr arasındadır.
Qan şəkəri balansını qoruyur
Qırmızı alça şirin meyvə olsa da, aşağı glisemik indeks dəyəri sayəsində qan şəkərində ani dalğalanmalara səbəb olmur. Bundan əlavə, süd, qatıq, badam, fındıq və qoz kimi bir zülal və ya yağ qaynağı ilə qəbul edildikdə uzunmüddətli toxluq təmin edir.
Çəki nəzarətinə kömək edir
Pəhriz proqramına əməl edirsinizsə, qəlyanaltı kimi alça yeyə bilərsiniz. Tərkibindəki qida lifi ilə sizi uzun müddət tox saxlayır və həddindən artıq kalorili qəlyanaltılar qəbul etmədən yeməklər arasında baş verə biləcək aclıq böhranlarını aradan qaldırmağa kömək edir.
Mənbə: Dilara Koçak
Tərcümə etdi: Aminə Paşazadə