Bu gün:

"Özümü buranın yerli sakini kimi hiss edirəm" - Müğənni Edislə Müsahibə


Türkiyəli tanınmış müğənni və aktyor Edis Görgülü 6 mayda baş tutacaq konserti üçün Bakıya gəlib. O, Heydər Əliyev adına Hava limanında jurnalistlərin suallarını cavablayıb:


Salam, xoş gəldiniz. Necəsiniz? Yol necə keçdi? Yorulmadınız?


Xoş gördük, siz necəsiniz? Gözəl keçdi, bir az yatdım.

Sabahkı konsertdən gözləntiləriniz nələrdir?

Azərbaycandakı dinləyicilərim çox əyləncəlidirlər. Hamısını çox sevirəm. Onlarla hər konsert çox gözəl keçir. Əvvəlki iki konsertdə də bunun şahidi olduq.

Budəfəki konserti daha böyük məkanda vermək qərarına gəldik. Nəticədə, "Baku Cyrstal Hall"ı seçdik. Orada bərabər olmaq çox əyləncəli olacaq. Digər tərəfdən, 6 aydır səhnəyə çıxmıram, həmçinin, dünya stadion turuna Azərbaycandan başlayıram. Beləliklə, bütün sürprizləri, yeni səhnəni, quruluşu və bir yeni mahnını, ilk olaraq, Azərbaycanda təqdim edəcəyik.

Azərbaycanlı ifaçılardan kimi tanıyırsınız?

Daha əvvəl dediyim kimi, hamısını çox sevirəm. Nigar Camalı, Sübhan Məmmədzadəni izləyirəm. Xüsusilə, Sübhan bu sahədə yeni və çox uğurludur. Yolu açıq olsun.

Sabah Sefonun da konserti var. Bu haqda məlumatınız varmı?

İkimiz də eyni gündə konsert verəcəyik. Onunla danışmışam, konsertdən sonra bir yerdə olacağıq.

Birlikdə Bakıda gəzəcəksiniz?

Bəli, gəzəcəyik.

Bildiyiniz kimi, Türkiyə Avroviziyaya qatılmır. Əgər təklif gəlsə, Azərbaycanı təmsil edərdinizmi?

Təbii ki, şərəf duyaram. Həmçinin, özümü yad yox, buralı kimi hiss edirəm. Niyə də olmasın?!

Azərbaycanlı müğənnilərdən kiminləsə duet oxumaq fikriniz varmı?

Kim istəyərsə, onunla duet oxuya bilərik. Həm Azərbaycanın, həm də bizim çox rəngli səslərimiz var. Buna görə də, hamı ilə fərqli işlər ərsəyə gələ bilər.

Duet ortağınız Gülşənin həbs cəzası ilə bağlı nə düşünürsünüz?

Onun bu qərara etiraz prosesini yaxından izləyirəm. Verilən qərardan da razı deyiləm. Onun adına çox danışmaq istəmirəm. Məncə, yanlış qərardır.

İndi istirahət edəcəksiniz, yoxsa məşq?

Buranı çox sevirəm. Mütləq gəzəcəm. Haranı gəzəcəyim isə mənə sürpriz olacaq, çünki plandan xəbərim yoxdur, amma daha əvvəldən getdiyim müəyyən yerlər var, oralara yenidən gedərəm deyə düşünürəm.

Sabahkı konsertdə azərbaycanlı rəqqaslar da olacaq. Bu haqda nə düşünürsünüz?

Sabahkı səhnədə 20 rəqqas olacaq. Təxminən, 6 mahnıda çıxış edəcəklər. Onlar çox istedadlıdırlar, hər birinin videosunu izləmişəm, əlaqə də qurmuşam. Zənnimcə, səhnəyə çox böyük qatqıları olacaq.

Dünya stadion turunuz neçə ölkədə olacaq və bunlar hansılardır?

Açıqlanmadığı üçün tam deyə bilməyəcəm, ümumilikdə isə, 8-9 ölkə düşünürük. Əsasən, türklərin çox olduğu ölkələri nəzərdə tutmuşuq, amma fərqli yerlər də var.


Məsələn, Bolqarıstan, Makedoniya və Kosovanı düşünürük. Həmçinin, uzun zamandır dinləyici kütləmin artdığı Yunanıstan da var. Sözün açığı, orada konsert vermək üçün ingilis dilində yeni mahnılarımın çıxmasını gözləyirəm.

Sizi “O Səs Türkiyə”nin yeni il buraxılışında gördük. Hər hansı bir layihədə münsiflər heyətində olmaq sizə təklif edilibmi?

Elə bir təklif almamışam. Amma orada, bir anlıq belə olsa, bunu etməyim, xüsusilə, Ebru Gündəşlə yan-yana oturmaq çox əyləncəli idi. Həmin verlişin izləyicisi olduğuma görə, 2-3 dəqiqəlik də olsa belə, o anı yaşamaq xoşuma gəldi. Mən də onlara heyranam. Acun bəy sağ olsun, çox gözəl bir şouya imza atdıq.


Qeyd edək ki, Edis “Benim ol”, “Çok-Çok”, “Martılar”, “Yalan” və digər məşhur mahnıların ifaçısıdır. Həmçinin “Starlight”, “Menajerimi Ara”, “Hayatımın Rolü” kimi film və seriallarda rol almışdır.

Günel Məmmədova

Fərahim Rzazadə
Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et