Bu gün:

Ay tutulmasına saatlar qaldı


Ay tutulmasına geri sayım... Astronomiya üçün mühüm hadisə olmaqla yanaşı, bürclərə də təsir edən Ay tutulmasının tarixi və vaxtı gündəmdə yerini alıb.

Ay tutulması nə vaxt baş verəcək?

5 May 2023-cü il Cümə günü baş verəcək Ay tutulması saat 18:14-də başlayacaq və 22:32-də bitəcək. Tutulma zamanı Ayın tam deyil, yalnız bir hissəsi tutulacaq.

Ay tutulması necə baş verir?

Ay yerin ətrafında fırlanarkən bəzən yerin kölgəsində qala bilir. Ay kölgədə olanda ay günəşdən gələn şüaları qəbul edə bilmir və yerin kölgəsi aya düşür. Bu zaman ay qaranlıqda qalır və beləliklə Ay tutulması baş verir. Ay tutulması zamanı ay qaranlıqda qalsa da, ay tamamilə görünməz deyil. Belə hallarda ayda yerin qırmızıya yaxın olan kölgəsi əmələ gəlir.


Mənbə: Habertürk 
Tərcümə etdi: Aytən Babaşova 

Paylaş
Şərh əlavə et