Bu gün:

Xaricidilli bağçaların vəziyyəti


24media.az-ın "1 sual, 1 cavab " rubrikasının budəfəki müsahibi elm və təhsil məsələləri üzrə tədqiqatçı Elçin Əfəndidir. O,  xaricidilli bağçaların vəziyyəti haqda danışıb.


-Azərbaycanda xaricidilli bağçaların vəziyyətini necə dəyərləndirirsiniz?


-Azərbaycanda 1600 dövlət, 100 özəl bağça var. Özəl bağçaların bir qismində ingilis bölmələri fəaliyyət göstərir. Dövlət bağçalarında isə çox az sayda ingilis və rus bölmələri var. Düşünürəm ki, sayı artmalıdır. Bağçalarla bağlı 2021-ci ilə nəzər yetirsək, görürük ki, o qədər ideal rəqəm deyildi. Çünki bağçaların idarəsi yerli icra hakimiyyət orqanlarının tabeliyində idi. 2021-ci ilin dekabrından etibarən, dövlət başçısının sərəncamı əsasında bağçaların tabeçiliyi Elm və Təhsil Nazirliyinə verildi. 2022-ci ilin yanvarından etibarən Elm və Təhsil Nazirliyi bağçalarda müvafiq prosesləri həyata keçirməyə başladı. Müəllimlərin işə qəbulunun elektron qaydada qeydiyyatdan keçirilməsi, onların imtahana cəlb olunması, müvafiq istiqamətlər üzrə, xüsusilə, ingilis bölmələrinin açılması əsas istiqamətlərdir. Yəni ki son bir ildə xaricidilli bağçaların sayının artırılması da nəzərdə tutulub. Dövlət bağçalarında 110-120 min uşaq təhsil alır. Burada uşaqların bilik və bacarıqları yüksək olmalıdır ki, onlar məktəbəqədər hazırlıqlarda, ibtidai sinifdə əziyyət çəkməsinlər. Ona görə də bu müəssisələrdə xarici dilin yaxşı tədrisi, eləcə də xaricidilli bağçalar labüddür. 


Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et