Qasırğa və ya tropik siklon, Beaufort şkalası ilə saatda 118 km (75 mil)-dən çox sürətlə əsən geniş miqyaslı, çox şiddətli tropik küləkdir.
Qasırğalar necə əmələ gəlir?
Qasırğalar Yerin ən güclü küləkləridir və iki əsas mənbədən enerji alır: istilik və su. Qasırğalar ekvatorun üstündəki isti sularda səpilir; Burada okean səthinin üstündəki hava istilik və nəm udur. İsti hava yüksəldikcə, altında aşağı təzyiqli bir bölgəni tərk edir. Bu proses təkrarlandıqca hava yüksək təzyiqli yerlərdən aşağı təzyiqli yerlərə keçir, temperatur yüksəlir və havada burulğanlar əmələ gəlir. Bu isti hava atmosferdə müəyyən hündürlüyə çatdıqda soyuyaraq buludlara çevrilir. Sonra hava və buludlar böyüyür və daha çox fırlanır, fırtınaya çevrilir.
Belə ki, qasırğanın əmələ gəlməsi üçün ilk şərt Atlantik okeanında isti sulardır ki, bu da qasırğalara fayda verən bir sıra digər şərtlərə səbəb olur. Kolorado Dövlət Universitetinin atmosfer elmləri üzrə alimi Fil Klotzbax deyir: "Daha isti sular təzyiqin aşağı düşməsi və buna görə də qasırğaların əmələ gəlməsinə meylli olan daha qeyri-sabit atmosfer anlamına gələ bilər. Qasırğaların tikinti materialı olan tufanlar daha asan toplanaraq hərəkət edə bilər".
Digər vacib amil küləyin əyilməsidir. Başqa sözlə desək, atmosferdə yüksələn küləyin istiqamətinin dəyişməsidir. "Tropik Atlantik isti olanda, küləyin kəsilməsi səviyyəsi azalır. Küləyin kəsilməsi çox böyük olduqda, qasırğa parçalara bölünür" Klotzbach izah edir. Ekvatorun müxtəlif tərəflərində əmələ gələn fırtınalar müxtəlif fırlanma istiqamətlərinə malikdir.
Mənbə: Evrim Ağacı
Tərcümə etdi: Aminə Paşazadə
