Bu gün:

Göy gurultusundan niyə səs çıxır?


Göy gurultusunun  səs verməsinin səbəbi ildırımdır.

İldırım çox sürətli və isti elektrik cərəyanıdır. Bu elektrik cərəyanı sürətlə göydən yerə və bəzən buluddan buluda doğru enir. İldırımın bu qədər isti olmasının səbəbi onun çox güclü və sürətli olmasıdır. Ə Əslində, ildırım günəşin səthindən də isti ola bilər.

Bu nəhəng istilik havanı dərhal qızdırır. Hava birdən genişlənir. Hava sürətlə genişləndikdə ətrafdakı havanı itələyərək nəhəng səs dalğası yaradır.  Bu səs dalğası qulağımıza “TUMP” kimi çatan ildırımdır.

Göy gurultusu bəzən nağara kimi tək böyük bum kimi eşidilə bilər və ya uzun bir sıra səs-küy kimi gələ bilər. Bu, ildırımın uzunluğuna, nə qədər güclü olduğuna və hava şəraitindən asılı olaraq dəyişir.

Yəni ildırım əslində havanı qızdırdığı üçün ildırım səs çıxarır və buqızdırma birdən havanı genişləndirərək səs dalğaları yaradır. Bu səs dalğaları qulağımıza ildırım kimi gəlir və təbii ki, ildırım nə qədər yaxınlaşsa, bu səs bir o qədər yüksəlir.

Mənbə: Bilgebaba


Tərcümə etdi: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et