Bu gün:

Qış depressiyasına qarşı 6 təsirli tədbir


Qış mövsümündə insanların yuxudan yorğun oyanması, iştahını cilovlaya, işə diqqətini cəmləyə bilməməsi, narahat və qəzəbli olması, sosial münasibətlərdə problem yaşaması kimi şikayətlərin qış depressiyasından xəbər verdiyi qeyd edilib. Mütəxəssislər qış depressiyasına qarşı fiziki aktivlik, nizamlı qidalanma, günəş işığından faydalanmaq, sosial əlaqələri artırmaq, özünə vaxt ayırmaq və stressi idarə etmək kimi 6 təsirli tədbirin olduğunu bildiriblər.

Qış depressiyasına qarşı 6 təsirli tədbirin olduğunu deyən ekspert-psixoloq Duyqu Gökyıldırım Uslu qış mövsümündə havaların soyuduğu, günlərin qısaldığı, gündüzün yerini qaranlığa və uzun gecələrə verdiyi səbəbindən insanların ciddi problemlər yaşaya biləcəyini bildirib. Belə ki, qışda insanın özündən asılı olmadan və hətta bütün müqavimətlərinə baxmayaraq əhval-ruhiyyəsi dəyişir. Onun sözlərinə görə bunun altında qış depressiyasından qaynaqlanan səbəblər yatır. 

Bəzi araşdırmalarına əsasən mütəxəssis psixoloq Uslu böyük depressiya diaqnozu qoyulan hər 3 nəfərdən 1-nin mövsümi qış depressiyası yaşadığını ifadə edərək deyib: "Hər bir insan bioloji saatın dəyişməsi, gün işığının hormonlara təsiri kimi səbəblərdən bu psixoloji dəyişikliyi hiss edir. Bəzi təcrübələr çox yumşaq, digərləri isə bu təsiri olması lazım olduğundan daha çox yaşayır. Bu halı daha sıx yaşayan və genetik baxımdan depressiyaya meylli olan insanlarda ruhi xəstəliklərə səbəb ola bilər. Bütün tədbirlərə baxmayaraq qış depressiyasını təkbaşına aradan qaldıra bilmirsinizsə, mütəxəssis dəstəyindən çəkinmıyin" deyib. 

Qış depressiyasını həyat tərzimizi dəyişmək ilə yüngülləşdirə bilərik:

1. Fiziki aktivliyinizi artırın. 

2. Sağlam qidalanın. 

3. Günəş işığı qəbul edin. 

4. Sosial münasibətlərinizi sağlam tutun.

5. Özünüzə vaxt ayırın. 

6. Stressinizi idarə etməyi öyrənin


Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et