Bu gün:

Küləkli havalarda hansı təhlükəsizlik tədbirləri görülməlidir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı mühafizə qaydaları üzrə təlimçi Elmar Nurəliyevdir. O, küləkli havalarda hansı təhlükəsizlik tədbirləri görülməli olduğundan danışıb.



-Soyuq, küləkli havalar güclənib. Sizcə, belə havalarda təhlükəsizlik baxımından əvvəlcədən hansı tədbirlər görülməlidir?

Ümumiyyətlə, güclü külək, yağış kimi bütün qeyri-sabit hava şəraitləri zamanı dağılma, uçma kimi ehtimalların çox olduğu yerlərdə təhlükəsizlik tədbirləri görülməlidir. Bu tədbirlərə insanların öz fərdi yaşayış evlərində, yaşayış binalarında, yol kənarında yerləşən elektrik dirəklərində, reklam lövhələrində ehtiyac ola bilər. Bu cür yerlərdə təhlükəsizlik tədbirləri olunmalıdır ki, dağılma, uçma kimi fəsadlar olmasın. İnsanlar özləri də diqqətli olmalıdır. Onlar əlverişsiz hava şəraitində dağılma, uçma təhlükəsi olan binaların, elektrik dirəklərinin altından keçməməlidirlər. İş yerlərinin sahibkarları daha diqqətli olmalı, iş qurğularına, təhlükəyə səbəb ola biləcək digər amillərə nəzarət etməlidirlər. Ümumiyyətlə, bütün iş yerlərində, yaşayış binalarında təhlükəli ola biləcək hər yerdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir ki, heç kəs xəsarət almasın, daha pis nəticələr olmasın.

Uğur Hacıyev

Paylaş
Şərh əlavə et