
Bizim Günəş sistemimiz çox "dağıdıcı və şiddətli" bir proses vasitəsilə formalaşıb. Planetlər yaranarkən bəziləri bir-biri ilə toqquşaraq orbitlərini dəyişmiş və buna görə də Yupiter və Saturn kimi nəhəng planetlərlə yanaşı, sistemimizdə Yer kimi daha kiçik planetlər meydana gəlib.
Sistemin mərkəzindəki parlaq ulduz planetlərin atmosferlərində həyat izlərinin axtarışını da asanlaşdırır. Sistemdəki 6 planetin hər biri “kiçik Neptun” adlanır. Neptun Yerdən təxminən 4 dəfə böyükdür.
Yeni kəşf edilən sistemdəki planetlərin hamısı Yerdən təxminən 2-3 dəfə böyükdür.
Bu günlərdə elm aləmini böyük həyəcanlandıran daha bir kəşf edildi. Ölçülərinə görə Neptuna da yaxın olan başqa bir sistemdə K2-18b planetinin atmosferində Yerdəki canlıların yaratdığı qazlara bənzər qazların izləri tapılıb. Astronomlar bu imzaları “bioimza” adlandırırlar.
Mənbə: CNN Türk
Tərcümə etdi: Aynur Mikayilova
