Bu gün:

LEGO riyaziyyat öyrənməyi asanlaşdırırmı?


Elmi araşdırmalar göstərir ki, LEGO blokları ilə müxtəlif strukturların qurulması və riyaziyyat performansı arasında əlaqə var.

LEGO həm böyüklərin, həm də uşaqların zövq aldığı və hissələri birləşdirərək müxtəlif dizaynlı konstruksiyalar qurmağa imkan verən oyuncaqdır. Danimarkalı bir dülgərin taxtadan oyuncaqlar hazırlaması ilə başlayan və bu günə qədər davam edən bu oyuncaq əyləncəli olmaqla yanaşı, həm də öyrədici xüsusiyyətləri ilə diqqət çəkir.

Derbi Universitetinin 2014-cü ildə 6-14 yaş arası 96 şagird ilə apardığı araşdırmada LEGO qurma bacarıqları ilə riyaziyyat performansı arasında əlaqə olduğu ortaya çıxıb. Nəticələr göstərir ki, LEGO konstruksiyasında yaxşı nəticə göstərən tələbələr daha yüksək riyaziyyat SAT (beynəlxalq səviyyədə tanınmış universitetə qəbul imtahanı) balı əldə edirlər. Tədqiqatın dirijoru Dr. Miles Richardson bildirir ki, uşaqların riyazi bacarıqlarını təkmilləşdirmək, onların diqqətini cəlb etmək üçün oyuna əsaslanan üsullar tapılmalıdır.

Nəticələri 2023-cü ildə “Uşaqların İnkişafı” jurnalında dərc edilən bir araşdırma da LEGO qurma bacarıqları ilə riyaziyyat performansı arasında paralellik olduğunu göstərib. İngiltərədə aparılan araşdırmada 7-9 yaş arası 358 şagird iştirak edib. Araşdırmanı reallaşdıran qrupdan Dr. Emily McDougal şagirdlərə verilən LEGO konstruksiya təliminin onların riyaziyyat göstəricilərini artırıb-artırmayacağını hələ bilmədiklərini və gələcək tədqiqatlarda bu mövzuya diqqət yetirəcəklərini söyləyir.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et