Bu gün:

Niyə qəhqəhə çəkmək ürəyimiz üçün yaxşıdır?



Yaxın zamanda edilən araşdırmaya görə gülmək ürək sağlamlığına müsbət təsir edir.

Nəticələri Avropa Kardiologiya Cəmiyyətinin illik toplantısında açıqlanan araşdırmada gülüşün ürək xəstəliyi olan insanlarda simptomları yaxşılaşdırdığı müəyyən edilib. Orta yaşı 64 olan koronar arteriya xəstəliyi olan 26 yetkin şəxslə aparılan klinik sınaqda iştirakçılar 13 nəfərlik iki qrupa bölünüb. Üç aylıq araşdırmada bir qrup hər həftə iki fərqli bir saatlıq komediya proqramı, digər qrup isə iki saat siyasi proqramlar və ya Amazon Yağış Meşələri kimi ciddi sənədli filmlərə baxıb. Araşdırmanın sonunda komediya proqramına baxan qrupdakı insanların ürəyinin vurduğu qanda digər qrupdakılara nisbətən 10% daha çox oksigen olduğu görülüb. Bu qrupdakı, insanların daha sağlam damar inkişafı olduğu da müəyyən edilmişdir.

İştirakçıların potensial infarkt riskləri və damarlarda yığılan lövhə miqdarı da müxtəlif testlərlə ölçülüb. Yenə məlum olub ki, komediya proqramına baxan qrupdakı insanların nəticələri digərlərindən daha yaxşı olub.

Bu klinik tədqiqat gülüşün ürək-damar sistemi üçün yaxşı bir “dərman” olduğunu göstərən ilk tədqiqatdır.

Lüğət:

Koronar arteriya xəstəliyi: Ürəyi qidalandıran damarlar olan koronar arteriyaların divarlarında tərkibində xolesterin olan yağ lövhəsinin yığılması nəticəsində yaranan ürək xəstəliyi.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et