
Sıfır rəqəmi (0) bəşər tarixindəki ən mühüm kəşflərdən biridir. Sıfır riyaziyyatı və həyatımızı xeyli dəyişdi. Bəs sıfır rəqəminin nə üçün lazım olduğunu heç düşünmüsünüzmü?
Sıfırsız sayma sistemi hazırda bizə çox uzaq görünə bilər, ancaq sıfır rəqəmi digərlərindən çox gec istifadə olunmağa başlayıb. Riyaziyyat və digər elmlər başlanğıcı təmsil edən sıfır rəqəmi ilə inkişaf edib. Məsələn, Londonun Qrinviç şəhərindən keçən 0o meridian əsas meridian hesab olunur. Analitik müstəvidə ədəd xətti və başlanğıc nöqtəsi (0,0) üçün başlanğıc nöqtələri 0-dır. Sıfır rəqəmi olmasaydı, bu gün istifadə etdiyimiz texnoloji cihazlar hazırlanmazdı. Məsələn, bu məqaləni oxuduğunuz elektron cihaz indi 0 və 1 ikili kodlarla işləyir. Mənfi ədədlər sıfırı təyin etməklə əldə edilib. Bu, cəbr və analiz kimi riyaziyyat sahələrinin sürətli inkişafına imkan verib. Ser Isaac Newton və Gottfried Leibniz tərəfindən hazırlanmış analiz fizika, iqtisadiyyat və mühəndislik kimi bir çox sahələrin inkişafına kömək edib. Bəs həyatımızda dönüş nöqtəsi olan sıfır rəqəmi necə yaranıb?
Sıfır rəqəminin tarixi
Sıfır fərqli sivilizasiyalarda bir-birindən asılı olmayaraq kəşf edilib. Məlumdur ki, sıfır ilk dəfə 5000 il əvvəl Mesopotamiyada şumerlər tərəfindən istifadə edilib. Şumerlər sıfırdan indiki kimi deyil, yalnız “yer tutucu” kimi istifadə edirdilər. Məsələn, Şumer dövründə 115 rəqəmi üç sütundan istifadə edilməklə yazılıb. Birliklər sütununda 5, onluq sütununda 1, yüzlüklər sütununda 1 idi. Bu fərq günümüzün rəqəmləri, onlarla və yüzlərlə rəqəmləri kimi düşünülə bilər. Ancaq 105 nömrəsi üçün ikinci sütunda əyri ikiqat paz işarəsi qoyulub. Bu, həmin sütunda, əslində, heç bir rəqəmin olmadığını göstərib. Yəni o dövrlərdə sıfır rəqəm sayılmayıb.
V əsrdə hind astronomu və riyaziyyatçısı Aryabhatta sıfırı onluq say sisteminə daxil edərək riyaziyyata gətirib və sıfır rəqəmini nöqtə ilə ifadə edib. 7-ci əsrdə hind astronomu və riyaziyyatçısı Brahmaqupta toplama və çıxarma kimi riyazi əməliyyatlarda istifadə üçün sıfırın qaydalarını təsvir edib. Daha sonra sıfırdan IX əsrdə Xorazmi istifadə edilib. Əl-Xarəzminin sıfır (0) rəqəmindən, eləcə də 1-dən 9-a qədər rəqəmlərdən istifadə etməsi onun riyaziyyatdakı ən böyük yeniliyi hesab olunur. Xarəzmi çıxarma prosesində heç bir şey qalmadığını bildirmək üçün kiçik bir dairə çəkib. O, həmçinin cəbri əməliyyatlarda sıfırdan necə istifadə olunacağını göstərən bir kitab yazıb. Beləliklə, sıfır indiki mənasında istifadə olunmağa başlayıb. Əl-Xarəzmi riyaziyyata verdiyi töhfələrə görə cəbrin banisi kimi tanınır. 13-cü əsrdə italyan riyaziyyatçısı Fibonaççi sıfırı Avropaya təqdim edib. Fibonaççi də Hind-ərəb rəqəmlərinin riyazi əməliyyatlarda Roma rəqəmlərindən daha asan olduğunu görüb və Liber Abaci adlı əsəri ilə bu say sistemini Avropaya təqdim edib.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
